Accessibility links

Ekmeleddin İhsanoğlu dünyəvilik tərəfdarları və dinçilər arasında körpü yaratmağa çalışır


Ekmeleddin İhsanoğlu
Ekmeleddin İhsanoğlu

Türkiyədə prezident seçkisində namizədlərdən biri olan Ekmeleddin İhsanoğlu siyasətçidən daha çox alim və diplomatdır. O, son doqquz il İslam Əməkdaşlıq Təşkilatının başçısı olub. Türkiyənin iki ən böyük müxalifət partiyası Baş nazir Rəcəp Tayyib Ərdoğana seçkilərdə rəqib olan Ekmeleddin İhsanoğluya dəstək verir. Lakin seçiciləri onun ən yaxşı namizəd olduğuna inandırmaq asan deyil. Amerikanın Səsinin İstanbuldakı müxbiri Dorian Cons daha ətraflı məlumat verir.

Prezidentliyə namizəd Ekmeleddin İhsanoğlunun reklam videosunda onun dünyada sülh naminə görüdüyü işlər qeyd edilir.

Seçki kampaniyasına başlayan 70 yaşlı İhsanoğlu sosial və dini fər1lərin mövcud olduğu Türkiyə cəmiyyətində körpü rolunu oynayacağını deyib. “Bu çox həssas dönəmdə prezident seçkisinə qatıldığım zaman ölkə daxilində sülhə və birliyə, xaricdə isə ölkənin öz etibarını qorumağa, qonşularla mübahisələri həll etməyə hər vaxt olduğundan daha artıq ehtiyac var”-deyə İhsanoğlu bildirib.

Ekmeleddin İhsanoğlu deyib ki, prezident seçilsə, o, nə mühafizəkar müsəlman qadının, nə də keçən il olduğu kimi ölkəni bürümüş hökumət əleyhinə nümayişlərdə iştirak edən etiraznın təhqir edilməsi, ya da hüquqlarının pozulmasına yol verməyəcək.

Türkiyə cəmiyyətində dünyəvi dövlət tərəfdarları ilə dini mühafizəkarlar arasında ciddi fikir ayrılıqları mövcuddur. Üç xarici dildə danışan Ekmeleddin İhsanoğlu cəmiyyətin bu qrupları arasında körpü yaradacağını deyib.

Ekmeleddin İhsanoğlu Qahirədə ilahiyyatçı alimin ailəsində dünyaya gəlib. O özü də teologiya professorudur. Təhlilçilərin fikrincə, onun birliyə dair mesajları Baş nazir Rəcəp Tayyib Ərdoğana yönəlib.

"Ölkə daxilində sülhə və birliyə, xaricdə isə ölkənin öz etibarını qorumağa, qonşularla mübahisələri həll etməyə hər vaxt olduğundan daha artıq ehtiyac var"-Ekmeleddin İhsanoğlu

Brüsseldə Karnegi Avropa İnstitutunda təhlilçi Sinan Ülgen iki namizədin prezidenliklə bağlı baxışlarının tamamilə fərqli olduğunu deyir. “Onlar ölkəni idarə etmək üçün tamamilə fərqli baxışlara malikdir. Ərdoğan tamamilə aydın edib ki, o, qərarların qəbul edilməsində iştirak etmək istəyir. İhsanoğlu isə daha çox hazırkı prezidentliyə uyğun bir idarəçilik tərəfdarıdır. Lakin bu da həqiqətdir ki, Ekmeleddin İhsanoğlu daha əlverişsiz mövqedədir, çünki onu ölkədə o qədər çox tanımırlar”-deyə o bildirir.

Prezidentliyə daha bir namizəd Səlahəddin Demirtaşı kimi Ekmeleddin İhsanoğlunun da baş nazirlə müqayisədə kampaniya resursları daha məhduddur.

Müşahidəçilərin fikrincə, bu, İhsanoğlunu daha əlverişsiz mövqedə qoyur. Dövlət və özəl media qurumlarının baş nazirə rəğbətlə yanaşması İhsanoğlunun cənab Ərdoğanın dini mənsubiyyətinə görə səslərini ona vermək istəyə bilən seçicilərinə müraciət etməsini çətinləşdirir.

Təhlilçi Sinan Ülgen deyir ki, İhsanoğlunun namizədliyini dəstəkləyən mərkəz-solçu və dünyəvi Cumhuriyyət Xalq Partiyası, CHP-nin də bəzi üzvləri də ona müqavimət göstərə bilər.

“Ekmeleddin İhsanoğlunu yavaş-yavaş tanımağa başlayırlar. Cumhuriyyət Xalq Partiyasının sıralarında qəti dünyəvilik tərəfdarları və kamalçıların bəzi şübhələri dağıla bilər. Lakin seçici fəallığından çox şey asılıdır. Əgər seçici fəallığı 80-85 faiz arasında olsa, bu, Cumhuriyyət Xalq Partiyasının bəzi tərəfdarlarının səsverməyə getmədiyi deməkdir və o zaman Ərdoğan birinci turda qələbə əldə etmək şansı qazanır”-deyə o bidirir.

Ərdoğanın bəzi müşavirləri onun avqustaun 10-da seçkinin birinci turunda qələbə əldə etmək üçün lazım olan səslərin 50 faizini asanlıqla qazanacağını qabaqcaqdan söyləyir. Lakin bu proqnozlara baxmayaraq, cənab Ərdoğanın İhsanoğlu ilə bağlı ritorikanı gücləndirməsi müşahidəçilərin fikrincə baş nazirin onu real təhlükə kimi qəbul etməsinə işarə edir.

XS
SM
MD
LG