Accessibility links

Ekoloji cəhətdən daha təmiz kərpic sobaları [Video]


Yanmış gil parçası, yəni kərpic minillərdir dünyaboyu inşaat sahəsində mühüm tikinti materialı olaraq istifadə olunur. Ancaq kərpici hazırlamağın ənənəvi yolu sağlamlıq və iqlim üçün təhlükəli olan çirklənməyə səbəb olur. İndi isə artıq bunu etməyin daha yaxşı və təmiz üsulu var. Lakin kərpic sənayesinə nəzarət yaxşı tətbiq olunmadığı üçün orada hər hansı bir dəyişiklik etmək çox çətindir.

Cənubi Asiyada hər il kərpic sobalarında təxminən 300 milyard kərpic istehsal olunur.

Təkcə Hindistanda bu sənaye ölkədə sağlamlıq üçün zərələri olan və iqlim dəyişikliyinə gətirib çıxaran hisin 10 faizin yaranmasına səbəb olur.

Hindistanın Enerji Araşdırmaları İnstitundan Saçin Kumarın dediyinə görə, demək olar bütün kərpic sobaları eyni dizayndadır.

“Hazırda Hindinstanda kərpic istehsalında istifadə olunan texnologiya Bull’s trench kərpic sobasıdır. Bu soba isə havanı çox çirkləndirir, eyni zamanda isə çox enerji israf edir”, deyə o bildirib.

Bull’s trench kərpic sobası 19-cu əsrə aiddir.

Enerji Araşdırmaları İnstitutu isə bir başqa üsulu təbliğ edir ki, bu da, ziq-zaq kərpic sobasıdır. Burada hava kərpicin içində ziq-zaq şəklində hərəkət edir.

“Ziq-zaq sobası Bull’s trench sobasından təkcə enerjidən istifadə deyil, həm də emissiya baxımından daha yaxşıdır”, Kumar söyləyib.

Kumar deyir ki, ziq-zaq sobası 75 faiz daha az qara karbon emissiyası buraxır və 15-20 faiz daha az yanacaqdan isitfadə edir.

Bu, soba sahiblərinə çox sayda pul qənaet etdirir ki, bu da onların yeni sistemə keçməsi üçün yaxşı səbəbdir. Lakin ekspertlər deyir ki, məlumat çatışmazlığı, zəif nizamlama və qanunların yerinə yetirilməsinə zəif nəzarət hər hansı bir dəyişikliyə əngəl törədir.

Ən əsası isə rəsmilər heç kərpic sobalarının hamısının harada yerləşdiyini belə bilmir.

Bunun üçün isə Stanford Universitetinin tədqiqatçıları onlar üçün peyk vasitəsilə xəritə hazırlayır.

Stefen Lübi Hindistan üzərində uçarkən kərpic sobalarından çıxan tüstüləri görüb.

“Bunu görəndən sonra mən düşünməyə başladım və ağlıma belə bir fikir gəldi ki, mən bunu təyyarədən görə bilirəmsə, onların yerini peyk görüntüləri vasitəsilə də müəyyən edə bilərəm”, o deyib.

Lübinin komandası Avropa peykindən alınan yüksək keyfiyyətli datadan istifadə edib. Onlar vizual görüntülər ilə sobanın termik kamera ilə çəkilmiş görüntülərini birləşdirilir.

Fikrimcə, maddi çətinliklərindən əlavə ən böyük problem yerli xidmət provayderlərinin mövcudluğu olacaq, çünki soba sahiblərinə ziq-zaq texnologiyasına keçid etməyə onlar yardım etməlidir.

“Bizim alqoritm bu kərpic sobalarını asanlıqla müəyyən edir. Məsələn bir kiçik rayonda biz quru üzərində axtarış aparan komandanın tapa bilmədiyi sobanı aşkar etdik”, Stanford Universitetindən Abhilaş Sunder Rac söyləyib.

Xəritə çəkmək ilk addımdır. Yenidən dizayn edilmiş sobalardan istifadə daha ucuz başa gəlsə də, sobaya yeni komponentlər əlavə etmək əlavə pul tələb edir.

Lübinin komandası soba sahiblərini dəyişiklik etməyə həvəsləndirməyin yollarını araşdırır.

Saçin Kumar isə deyir ki, bundan əlavə onlar texniki yardımla da təmin olunmalıdır.

“Fikrimcə, maddi çətinliklərindən əlavə ən böyük problem yerli xidmət provayderlərinin mövcudluğu olacaq, çünki soba sahiblərinə ziq-zaq texnologiyasına keçid etməyə onlar yardım etməlidir”, Kumar bildirib.

Soba dəyişikliyi böyük bir layihədir, çünki Cənubi Asiya boyu dəyişilməli olan Bull’s trench kərpic sobalarının sayı minlərlədir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG