Accessibility links

Elçin Sadıqov: Hücuma məruz qalmağımla bağlı polis bölməsində izahat verdim


Elçin Sadıqov

Vəkil Elçin Sadıqov bu gün, sentyabrın 2-də Bakının Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində izahat verib.

Bu barədə vəkil Sadıqov Amerikanın Səsinə müsahibəsində bildirib.

please wait

No media source currently available

0:00 0:02:03 0:00

O, sentyabrın 1-də həbsdə olan general Rövşən Əkbərovun oğlu Telman Əkbərovun hücumuna məruz qaldığını deyir.

Vəkilin bildirdiyinə görə, hadisə generalın işi üzrə məhkəmə iclası başa çatandan sonra - Bakı Hərbi Məhkəməsinin inzibati binasında baş verib.

“Məhkəmə iclas zalında şahidlərə suallar verdim. Bundan Rövşən Əkbərov qıcıqlandı. Bundan sonra məhkəmənin inzibati binasının ikinci mərtbəsində Əkbərovun Telman adlı oğlu mənim qarşımı kəsdi. O mənə sağ ayağı ilə təpik və sağ əli ilə yumruq vurmağa cəhd etdi. Bu zaman aramıza girən şəxs təpik və yumruğun mənə dəyməsinə imkan vermədi,” o qeyd edib.

Vəkil baş vermiş hadisə ilə bağlı ölkə prezidentinə, baş prokurora, daxili işlər nazirinə və Vəkillər Kollegiyasına müraciət edib.

“Mənim müraciətimə Daxili işlər Nazirliyi reaksiya verdi. Bu gün 27-ci Polis Bölməsində izahat yazdım. Hazırda təhqiqat aparılır. Güman edirəm ki, iş ədalətli araşdırılacaq və həmin şəxs cəzalandırılacaq,” Sadıqov qeyd edib.

Vəkil müdafiə işlərini davam etdirəcəyini deyib.

“Amma həyatıma təhlükə qalmaqdadır. Çünki aramıza girən şəxs olmasa idi, o mənə fiziki xəsarət yetirəcəkdi. Azərbaycan hökuməti vəkilin peşə fəaliyyətini sərbəst yerinə yetirməsi üçün şərait yaratmalıdır ,” o qeyd edib.

Rövşən Əkbərov 20 il əvvəl – 2001-ci ilin iyununda Kiyevdə azərbaycanlı iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilərək, bu il martın 15-də həbs edilib.

Vəkil Elçin Sadıqov bu işdə zərərçəkmiş tərəfi təmsil edir. O, mərhum Elçin Əliyevin atası Fəday Əliyevin nümayəndəsidir.

Vəkilin dediklərinə Telman Əkbərov və Rövşən Əkbərovun müdafiəçiləri hələ münasibət bildirməyib.

Mərhum Elçin Əliyevin atası məhkəmədə təqsirləndirilən generala qarşı 1 milyon mənəvi, 200 min də maddi təzminat olmaqla, 1 milyon 220 min manatlıq mülki iddia qaldırıb.

2003-cü ildə Ukrayna Prokurorluğu Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək Elçin Əliyevin qətlində Rövşən Əkbərovun iştirakını təsdiqləyən sübutların olduğunu yazıb. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilib. Elçin Əliyevin valideynlərinin çoxsaylı şikayətlərinə baxmayaraq, Rövşən Əkbərov son 20 il ərzində məsuliyyətə cəlb olunmayıb.

2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi mərhumun valideynlərinin şikayəti əsasında qərar çıxararaq, bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Qərarda göstərilib ki, bu cinayət işi üzrə effektiv araşdırmalar aparılmayıb.

56 yaşlı Rövşən Əkbərov 1994-cü ildə Azərbaycanın Milli Qəhrəman adına layiq görülüb.

Ona 2002-ci ildə ona general-leytenant rütbəsi verilib. 2011-ci ildə isə korpus komandiri təyin edilib.

Rövşən Əkbərov özünü təqsirli bilmir. O, Elçin Əliyevi öldürməsi haqda ittihamda yazılanları “film ssenarisi” adlandırıb.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG