İyulun 28-də Bakı Apellyasiya Məhkəməsi “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov barəsində həbs qətimkan tədbiri müddətinin uzadılması barədə Nəsimi rayon Məhkəməsinin qərarından verilən şikayətə baxıb.
Vəkili Elnur Nəbiyev bildirib ki, E.Qasımovun apellyasiya şikayəti təmin olunmayıb.
Nəsimi Rayon Məhkəməsi iyulun 16-da E.Qasımov barəsində seçilən həbs qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb.
Daxili İşlər Nazirliyinin 2015-ci il noyabrın 26-da Bakının Nardaran kəndində keçirdiyi xüsusi əməliyyat zamanı 2-si polis olmaqla 6 nəfər ölüb. Əməliyyat nəticəsində 70-dən çox insan, o cümlədən “Müsəlman Birliyi” Hərəkatının fəalları həbs edilib.
Nardaran hadisələrindən sonra E.Qasımova Cinayət Məcəlləsinin 11 maddəsilə ittiham irəli sürülüb. İttihamlarterrorçuluq, dövlət, hakimiyyət, hakimiyyət nümayəndələri əleyhinə cinayətlərlə bağlıdır.