Suriya prezidenti Bəşər əl-Əsəd və onun qüdrətli yaxın çevrəsi əhalinin 12 faizini təşkil edən ələvi təriqətinin üzvləridir. Şəbiha adlanan ələvi silahlı dəstələr adətən anti-hökumət zonalarında qırğın törətməkdə ittiham olunurlar. Lakin Suriya və qonşu Türkiyədə məskunlaşmış ələvilərin çoxu zorakılıqlarda iştirakçı olmadıqlarını deyirlər. Suriya-Türkiyə sərhədinə səyahət etmiş Amerikanın Səsinin müxbiri Henri Ricuell əksər ələvilərin Prezident Əsədə sadiq olmadığını müşahidə edib.
Ələvilərin ibadətgahı sayılan Cem evi Suriya ilə sərhədə yaxın Türkiyə şəhəri Qaziantepdə yerləşir. Buradakı rituallar, musiqi, rəqslər və divardan asılmış 12 müqəddəs imamın şəkilləri əksər müsəlmanlara yaddır.
Buradakı ələvilər hesab edirlər ki, onların dini başa düşülmür və Suriyadakı situasiya vəziyyəti daha da pisləşdirib.
Cem evinin “dədə” adlanan lideri Hüseyn Keskin deyir ki, türk hökuməti ələvilərə qarşı mövqe tutub.
“Türkiyə hökumətinin Suriyada kimi dəstəklədiyi aydındır. Onlar qaşınmayan yerdən qan çıxarırlar və Suriyadakı situasiyanı pisləşdirirlər.”
Keskin şikayət edir ki, dini azlıq olaraq ələvilər Türkiyədə əziyyət çəkirlər.
“Hökumət bizi özündən fərqli görür. Onlar heş vaxt bizim problemləri həll etmirlər.”
Oxşar hissləri Suriyadakı ələvilər də ifadə edir. Prezident Əsəd hakimiyyətdən devrildiyi təqdirdə xristianlar və druzlar kimi bir çox ələvilər sünnilərin hökmranlığı ilə üzləşəcəklərindən qorxurlar. Müxalifət Suriya hökumətini üsyanı sünni mübarizəsi kimi qələmə verməkdə ittiham edir.
Sərhəd yaxınlığındakı Antakya şəhərinin bazarında etnik mozaik oxşardır. Burada əsas söz-söhbət Suriya haqdadır.
Ədava satıcısı Servet Düzgün Türkiyənin Suriyadakı situasiyanı pisləşdirdiyini deyir.
“Mən özüm ələviyəm, amma düşünürəm ki, ən mühümü sənin sünni yaxid ələvi olmağın deyil, insani dəyərlərdir.”
Suriyadakı münaqişə Antakya sakinlərini də ikiyə bölüb. Çoxları öz düşüncələrini özlərinə saxlayır. Amma bu qədim bazarın əksər tacirlərini bir fikir bilrəşdirir. Konflikt başlanandan bəri hamının biznesi zəifləyib.
Antakya suriyalılar üçün əsas bazarlıq məntəqələrindən biridir. Amma indi bura çox az adam gəlir.
Tahir Abbud buraya gəlib. Ələvi olmasına baxmayaraq Abbud uzun illər demokratiya fəalı olub.
“Əgər sən ələvisənsə, onda onlar üçün daha təhlükəlisən. Onda səni ikiqat cəzalandırırlar.”
Abbud deyir ki, Türkiyəyə qaçmazdan öncə bir neçə ay işgəncəyə məruz qalıb və həbsdə yatıb.
“Bu inqilab mülki xarakter daşıyır. Burada xirstianlar, ələvilər, druzlar və sünnilər də var. Bir adamı, Min adamı öldürmək olar, amma ideologiyanı məhv etmək olmaz. Onlar nahaq yerə inqilab ideyasını öldürməyə çalışırlar.”
Abbud deyir ki, Suriya inqilabı dinə və ya irqə bağlı deyil. Onun üçün əsas məqsəd diktatorun devrilməsi və azad Suriyaya qayıtmaqdır.