Accessibility links

“Yaxşı, Pis və Zalım” filmində "Zalım" rolunu oynayan Eli Uallak vəfat edib [video]


Kovboy filmlərindəki rollarına görə şöhrət tapan amerikalı aktyor Eli Uallak 98 yaşında vəfat edib.

Uallak “Möhtəşəm Yeddilik” və “Yaxşı, Pis və Zalım” filmlərindəki rolları ilə yaddaşlarda qalıb. Onun çəkildiyi filmlər, televiziya serialları və tamaşa layihələri altmış ili əhatə edir.

O, heç bir zaman Oskar mükafatına nominasiya edilməyib. Amma 2010-cu ildə 95 yaşında Eli Uallak bir sıra olduqca fərqli rollar ifa etdiyinə görə “həqiqi buqələmun” adı verilən fəxri Oskar mükafatına layiq görülüb.

Uallak 90 yaşına qədər filmlərə çəkilməkdə davam edib. O, sonuncu dəfə 2010-cu ildə filmdə rol alıb.

Dünya şöhrətli aktyor 1915-ci ildə dünyaya gəlib və Nyu-York şəhərinin Bruklin rayonunda boya-başa çatıb. O, italyan məhəlləsində böyüyən azsayda yəhudilərdən olub.

Çarli Çaplin
please wait
Embed

No media source currently available

0:00 0:10:49 0:00

Universiteti Texas ştatının Ostin şəhərində bitirib. Məhz burada Uallak sonralar kovboy filmərində çəkilməsi üçün ona lazım olan at çapmağı öyrənib.

İkinci Dünya Müharibəsində Uallak ABŞ ordusunda xidmət göstərib. Müharibədən az sonra o, aktrisa Anni Ceksonla tanış olur və onlar evlənir.

Onlar bir sıra filmlərdə birgə iştirak edib. Hətta bəzən uşaqları da filmdə onlarla bərabər çəkilib.

Uallakın qızı atasının vəfat etdiyi barədə kədərli xəbəri iyun ayının 24-də verib.

XS
SM
MD
LG