Accessibility links

Nazirlər Komitəsi Əli Kərimli barədə Avropa Məhkəməsinin qərarının yerinə yetirilməməsinə baxacaq


Avropa məhkəməsi
Avropa məhkəməsi

Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ölkədən çıxışına qoyulmuş qadağanı Avropa İnsan Hüquqları Konvensiyasının pozuntusu kimi tanıması barədə qərarının Azərbaycan hökuməti tərəfindən yerinə yetirilməməsi ilə bağlı məsələni müzakirə edəcək. Müzakirə Nazirlər Komitəsinin dekabrın 6-8-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. Bu barədə Amerikanın Səsinə vəkil İntiqam Əliyev bildirib.

Əli Kərimli
Əli Kərimli

Əli Kərimliyə qarşı 1994-cü il sentyabrın 10-da cinayət işi qaldırılıb. Hüquq-mühafizə orqanları o zaman Ə.Kərimlinin cibindən qumbara tapılması barədə məlumat yayıb. 1994-cü ildə Kərimli saxlanılıb və bir müddət sonra azad buraxılıb.

Əli Kərimli bundan sonra iki çağırış Milli Məclisə deputat seçilib və dəfələrlə xarici ölkələrdə olub. 2006-cı ildə müxalifətdə olan AXCP sədrinin ümümvətəndaşlıq pasportunun müddəti başa çatıb və 1994-cü ildə ona qarşı qaldırılan cinayət işi əsas gətirilərək pasport verilməsindən imtina edilib.

Ə.Kərimliyə pasport verilməməsi Azərbaycanda 2005-ci ildə keçirilən parlament seçkiləri ilə bağlı Avropa Şurası Parlament Assambleyasında müzakirələr zamanı onun Azərbaycan hökumətini kəskin tənqidi çıxışından sonraya təsadüf edir.

İntiqam Əliyev
İntiqam Əliyev

Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci il iyulun 16-da Ə.Kərimlinin ümümvətəndaşlıq pasportu verilməməsi ilə bağlı şikayətini təmin edib. Məhkəmə bunu Avropa İnsan Hüquqları Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsinin (hərəkət etmək azadlığı) pozuntusu kimi tanıyıb.

İntiqam Əliyevin sözlərinə görə, Əli Kərimli sonuncu dəfə 2016-cı ilin 11 sentyabrında Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyatı İdarəsinə ümumvətəndaşlıq pasportunun verilməsi barədə ərizə ilə müraciət edib, lakin bu günədək ona passport verilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG