Accessibility links

Elina Hacıyevanın ailəsinin tələbləri var


Ədalət Hacıyev və Sevil Hüseynova

162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın özünü məktəbin 3-cü mərtəbəsindən atıb intihar etməsiylə bağlı istintaq davam edir. Aparılan istintaqdan valideynlər də, onların vəkilləri də narazıdır. Onlar iyulun 16-da media nümayəndələrinin önünə çıxaraq, razı qalmadıqları məqamları dilə gətiriblər.

"Bəlkə də arxasında kimlərsə dayanır"

Elinanın anası Sevil Hüseynova deyir ki, qızının ölümünə görə cinayət məsuliyyətinə cəlb olunmuş məktəb direktoru Sevinc Abbasovanın həbs edilməməsini anlamır: "İstəyirəm ki, bütün günahkarlar cəzalandırılsın. Direktorun ev dustaqlığına buraxılması məni, ümumiyyətlə, qane elədi. Həbs olunmalıdır. Bəlkə onun arxasında kimlərsə dayanır ki, özünə arxayındır".

İyulun 9-da Sevinc Abbasova haqqında ev dustaqlığı qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb. Zərərçəkən tərəf bu qərardan apellyasiya məhkəməsinə şikayət verib.

"Xəstəxanada uşağıma baxmayıblar"

Elinanın atası Ədalət Hacıyevin fikrincə, qızının ölümündə məktəb rəhbərliyi ilə yanaşı, Kliniki Tibbi Mərkəzin həkimlərinin də günahı var. Tibb işçilərinin cinayət məsuliyyətinə cəlb olunmamasından narazı qalan ata deyir ki, Elina hansı paltarda xəstəxanaya aparılmışdısa, elə o cür də dünyasını dəyişib: "Təcili Yardımda məktəbli formasında üstünə çəkib aparmışdılar. O formada da qalmışdı. Bu da onu göstərir ki, Elina orada saxlandığı müddətdə ona baxılmayıb. Uşağa əl dəyilməyib. Bu cür davranan adamlar hə orada işləyirlər".

İstintaq davam etdiyinə görə bir sıra məsələləri açıqlaya bilmədiklərini deyən vəkillər onları qane etməyən hallar barədə ümumi danışıblar.

Mətbuat konfransı
Mətbuat konfransı

kil: "Xalidə Bayramovaya veriləsi suallarımız var"

Vəkil Sevinc Əliyeva deyir ki, istintaqa xeyli vəsatətlər veriblər, onlardan dördünü iş üçün vacib sayırlar: "Bunlardan biri dünyaca tanınmış bir mütəssisin tibbi ekspertizanı keçirən heyə daxil edilməsi idi. Valideyn də o mütəssisə çox etibar edir. Hətta gəkdə ekspertizanın rəyi qane etmə belə, onun obyektivliyinə şübhə yaranmayacaqdı. Bu vəsatətimiz rədd olundu. Daha bir vəsatətimiz Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova ilə üzləşmə keçirilməsi idi. Ona veriləsi suallarımız var. Bu günər bu üç vəsatətimizə cavab verilməyib".

Vəkil Emin İsayev deyir ki, tibbi ekspertizanın rəyini alıblar. Rəyin bir hissəsi onları qane edir, qalanı yox. Ancaq rəydən şikayət verib-verməmək məsələsini, hələlik, Elinanın valideynləri ilə qətiləşdirməyiblər.

"Ədalətli nəticəyə nail ola bilməsək..."

"Ev dustaqlığı qətimkan tədbiri polis nəzarətinə verməkdən daha yüngüldür. Ev dustaqlığında hər keçən gün həbsə bərabər tutulur. Gələcəkdə onun haqqında azadlıqdan məhrumetmə cəzasıyla bağlı hökm çıxarılsa, ev dustağı olduğu müddət oradan çıxılacaq. Maraqlıdır ki, istintaq orqanı da ev dustaqlığı qərarından narazı qalıb protest vermədi", vəkil Emin İsayevin sözləridir.

Elinanın ölümündən bir müddət sonra onun məzarının təhqir olunması ilə əlaqədar da CM-in 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanıb. Ölüm hadisəsinə görə istintaq Bakı Şəhər Prokurorluğunda gedir, amma məzarın təhqir olunmasıyla bağlı araşdırmalar Bakı Şəhər Baş Polis İdarəsinə həvalə olunub. Vəkil Emin İsayev deyir ki, idarəyə dəfələrlə müraciət etsələr də, istintaqın gedişi barədə heç bir məlumat ala bilmirlər: "Biz Elina Hacıyevanın ölümü ilə bağlı ölkə daxilində ədalətli nəticə nail ola bilmək, Avropa Məhkəsinə şikayət göndəyik".

Vəkil Azər Nağıyev məktəb direktorunun həbs olunmamasından danışarkən bildirib ki, Sevinc Abbasova bu günə qədər zərərçəkən tərəflə barışıq üçün heç bir addım atmayıb: "Loru dildə desək, günahını yumaq üçün heç bir cəhd göstərməyib".

Elinanın anası Sevil Hüseynova jurnalistlərə onu da danışıb ki, hadisədən sonra icra başçısının müavini Xalidə Bayramova onlara gəlib, icra hakimiyyətinin adından dəfn yeri təklif edib. Amma onlar razılaşmayıblar.

Xatırlatma

Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilmişdi.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd edilir.

Elina Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb.

"Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərəəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib", Baş Prokurorluğun açıqlamasında belə yazılıb.

İttiham sübuta yetirilərsə, məktəb direktoruna 5 ilədək həbs cəzası verilə bilər.

Amma məktəb direktoru hadisədən az sonra mediaya açıqlamasında bu məsələdə özünün təqsirsizliyini bildirmişdi.

"Təhsil aldığı dövrdə məktəb rəhbərliyinin daimi nəzarətində olub. Onun müxtəlif davranışları barədə özü və anası ilə, məktəb psixoloqunun da iştirakı ilə, bir neçə dəfə söhbət aparılıb və bu barədə aidiyyəti dövlət qurumlarına müraciət olunub", direktorun Elina Hacıyeva haqqında yaydığı məlumatda bu sözlər əksini tapmışdı.

Şərhlərə bax (1)

Bu forum qapanıb
XS
SM
MD
LG