Accessibility links

Azərbaycan-İsrail hərbi əməkdaşlığı 4,85 milyard qiymətləndirilir ?


Azərbaycan Prezidenti İlham Əliyevin İsrailin Baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin İsrailin Baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub

Azərbaycan prezidenti İlham Əliyev İsrailin baş naziri Benjamin Netanyahu ilə təkbətək görüşüb

İsrailin timesofisrael.com http://www.timesofisrael.com/liveblog-december-13-2106/ nəşri hesab edir ki, Azərbaycan və İsrail arasında hərbi əməkdaşlıq dekabrın 13-də Bakıda İsrailin baş naziri Netanyahu və Azərbaycan prezidenti Əliyev arasındakı görüşdə mühüm mövzulardan biri olub.

Yekun mətbuat konfransında Əliyev İsraildən 4,85 mlrd. dollar məbləğində silah alınmasını nailiyyət kimi qeyd edib. Müqavilələrin böyük hissəsinin hələ irəlidə olduğunu deyən Əliyev bunun hədd olmadığını qeyd edib.

Nəşr bildirir ki, Bakı İsrailin “Dəmir günbəz” RƏM sistemi ilə maraqlanır. Taktiki RƏM (Raketdən Müdafiə Sistemi) sistemi qarşı tərəfin raketlərinin tutulması üçün nəzərdə tutulub, raket hücumlarından təxminən 90 faizə qədər müdafiəni təmin edir.

Dekabrın 13-ü Azərbaycan prezidenti İlham Əliyev İsrailin baş naziri Benjamin Netanyahu ilə təkbətək görüşüb.

Bu barədə president.az saytı xəbər yayıb.

Xəbərdə qeyd edilir ki, prezident Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu qarşılayıblar.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG