Accessibility links

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb


ATƏT-in Minsk qrupunun həmsədrləri, Anjey Kaspşik və Elmar Məmmədyarov (Foto Jeyms Uorlikin Twitter sıhifəsindəndir)
ATƏT-in Minsk qrupunun həmsədrləri, Anjey Kaspşik və Elmar Məmmədyarov (Foto Jeyms Uorlikin Twitter sıhifəsindəndir)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Belqradda keçirilən nazirlər toplantısı çərçivəsində dekabrın 2-dəMinsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya Federasiyası), Pyer Andryu (Fransa) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrej Kaspişik ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin cari statusu, qarşıdan gələn dövr ərzində MQ-nin fəaliyyət proqramı, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində tezliklə həllinə nail olmaq üçün MQ-nın həmsədrlərinin səylərinin artırılmasının vacibliyini vurğulayıb. Nazir əlavə edib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG