Accessibility links

Elnur Aslanova qarşı cinayət işi qaldırılıb?


Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov
Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov

Prokurorluq bunu nə təsdiq, nə də təkzib edir

Yerli medianın yazdığına görə, prezident sərəncamı ilə bu gün vəzifəsindən azad edilən Azərbaycan Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanova qarşı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidməti Amerikanın Səsinin sorğusuna cavabda Aslanova qarşı cinayət işinin qaldırılması barədə məlumatları nə təsdiq, nə də təkzib edib. “Mətbuat xidmətində bununla bağlı hər hansı məlumat yoxdur”, deyə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Yerli KİV-lər son zamanlar Elnur Aslanovu Fətulla Gülənin rəhbərlik etdiyi "Hizmet" hərəkatı ilə əlaqədə olduğunu yazır. Bəzi media qurumları hərəkatın Azərbaycanda yüksək vəzifə tutan təmsilçilərinin müxtəlif tədbirlərin təşkil edilməsinə külli miqdarda dövlət vəsaitini keçirdiyini və ya bu işə lobbiçilik etdiyini yazır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG