Accessibility links

Emin Ağalarovun Amerika turnesini təxirə salmasının Müller istintaqı ilə birbaşa əlaqəsi var


Müğənni Emin Ağalarovun xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı ildə ABŞ seçkilərinə müdaxiləsinə dair araşdırmalarında adı hallanır.

Donald Trampın oğlunun Kreml vəkili ilə görüşünü təşkil etdiyi deyilən Ağalarov ABŞ və Kanada turnesini “ondan asılı olmayan səbəblər üzündən təxirə” salmalı olduğunu bildirib.

Sosial şəbəkələrdə paylaşdığı videoda Emin təxirəsalmanın onun əlində olmadığını deyib.

Ağalarovun vəkili NBC xəbər agentliyinə deyib ki, müvəkkilinin məhkəməyə çağırılmasına mane olmaq üçün Amerikaya gəlməsini istəmir.

Ağalarovun ilk konserti Nyu-Yorkda şənbə günü baş tutmalı idi.

Ağalarov Müllerin istintaqında aparıcı fiqurlardan biridir.

İyul ayında onun vəkili Ağalarovun Müller komandası ilə danışıqlarının davam etdiyini demişdi.

Bazar ertəsi telefonla müsahibə verən vəkil Skott Balber konsertin təxirə salınmasının birbaşa təhqiqatla əlaqəsi oldunu etiraf edib.

XS
SM
MD
LG