Accessibility links

Natiq Əliyev: "Şah Dəniz-2" layihəsi üzrə işlərin 50 faizdən çoxu görülüb


Natiq Əliyev
Natiq Əliyev

Şah Dəniz-2" layihəsi üzrə işlərin 50 faizdən çoxu artıq həyata keçirilib.

Trend-in məlumatına görə, bunu energetika naziri Natiq Əliyev jurnalistlərə deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz Qaz Boru Kəmərinin genişləndirilməsi üzrə də böyük iş görülüb: "Boru kəmərinin 20 faizindən çoxu artıq tikilib. Gürcüstanda kompressor stansiyalarının tikintisinə başlanılıb. Trans-Anadolu qaz kəməri üçün də boru kəmərlərinin çatdırılması prosesi başa çatıb və qaynaq işlərinə başlanılıb. Bu il Trans-Adriatik qaz kəmərinin tikintisinə başlanılması planlaşdırılır".

N.Əliyev qeyd edib ki, layihənin reallaşdırılması prosesində yarana biləcək mümkün problemlər tezliklə keçiriləcək "Cənub Qaz Dəhlizi" üzrə Məşvərət Şurasının iclasında müzakirə olunacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG