Accessibility links

"Cənub Qaz Dəhlizi" QSC sindikatlaşdırılmış kredit müqaviləsi imzalayıb


Cənub Qaz Dəhlizi

"Cənub Qaz Dəhlizi" QSC tərəfindən Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin zəmanəti ilə Trans-Anadolu Boru Kəməri (TAP) layihəsinin maliyyələşdirilməsi üçün 750 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit müqaviləsi imzalanıb. Bu barədə "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Məlumatda deyilir ki, bu il iyunun 29-da Cənub Qaz Dəhlizi (“CQD”) layihəsinin tərkib hissəsi olan Trans-Anadolu Boru Kəməri (“TANAP”) layihəsinin dəstəklənməsi məqsədilə Azərbaycanın dövlət zəmanəti, habelə Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (“MIGA”) zəmanəti ilə 500 milyon ABŞ dolları və 215 milyon avro ilə, ümumilikdə 750 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kreditin “Cənub Qaz Dəhlizi” QSC-yə (“CQD QSC”) ayrılmasına dair kredit və zəmanət müqavilələri imzalanıb.

Qeyd olunan kredit müqaviləsinə dair dövlət zəmanəti müqaviləsini Azərbaycanınadından maliyyə naziri Samir Şərifov, kredit müqaviləsini isə CQD QSC-nin Baş direktoru Əfqan İsayev imzalayıb.

MIGA 1988-ci ildə Dünya Bankı Qrupunun tərkib hissəsi kimi üzv ölkələrdə birbaşa investisiyaların stimullaşdırılması məqsədilə yaradılan beynəlxalq maliyyə-kredit institutudur. Bu qurum investisiyaların qeyri-kommersiya risklərdən sığortalanmasını həyata keçirir. Azərbaycan 1992-ci ildə Dünya Bankının, o cümlədən MIGA-nın üzvü olub.

CQD QSC-nin Baş direktoru Əfqan İsayev CQD layihələrində görülmüş işlər barədə məlumat verib.

“Layihəyə bir çox aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyə dəstəyi göstərilmiş və artıq TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. Yaxın gələcəkdə Türkiyədən keçməklə, Avropaya təbii qazın verilməsi üçün nəzərdə tutulmuş işlər qrafikə uyğun olaraq davam etdirilir.

Layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi (“SD2”), habelə Cənubi Qafqaz Boru Kəməri sisteminin genişləndirilməsi (“SCPX”) üzrə ilk kommersiya qazın çatdırılmasına dair işlər 100 faiz yerinə yetirilib. Eyni zamanda TANAP-ın inşası üzrə işlərin 94.8 faizi, Trans-Adriatik Boru Kəmərinin (“TAP”) inşası üzrə isə işlərin 74.6 faizi icra edilib.

Tikinti işləri davam etdirilir. SD2 layihəsi üzrə ümumi kapital xərclər hazırda 22.7 milyard ABŞ dolları (2018-ci ilin may ayının sonuna 17.8 milyard ABŞ dolları xərclənib), SCPX layihəsi üzrə – 4.5 milyard ABŞ dolları (2018-ci ilin may ayının sonuna 4.2 milyard ABŞ dolları xərclənib), TANAP layihəsi üzrə – 8 milyard ABŞ dolları (2018-ci ilin may ayının sonuna 5.5 milyard ABŞ dolları xərclənib) və TAP layihəsi üzrə – 4.5 milyard avro (2018-ci ilin may ayının sonuna 3 milyard avro xərclənib) məbləğlərində qiymətləndirilir. CQD QSC-nin 2020-ci ilə kimi (daxil olmaqla) payına düşən layihə xərcləri 11.4 milyard ABŞ dolları təşkil edir. 2018-ci ilin may ayının sonuna artıq 9.1 milyard ABŞ dolları (təqribən 80%) investisiya edilib.”

CQD layihəsinin məqsədi SD2 layihəsini həyat keçirmək, bu zaman hasil ediləcək təbii qazın genişləndirilən Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikilən TANAP və TAP vasitəsi ilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir.

CQD QSC Azərbaycan prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixlisSərəncamı əsasında yaradılıb və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

XS
SM
MD
LG