Accessibility links

Türkiyə prezidenti 5 günlük Afrika səfərinə başlayır


Türkiyə prezidenti 5 günlük Afrika səfərinə başlayır.

Səfərin məqsədi Türkiyənin qlobal mövcudluğu və qitədə nüfuzunun genişləndirilməsidir.

Müşahidəçilər Rəcəb Tayyib Ərdoğanın islamçı motivlərinin regionda düşmənçilik və gərginlikləri artıracağından ehtiyat edir.

Ərdoğanın səfərinə Əl-Cəzair, Mavritaniya, Seneqal və Mali daxildir.

Bu ayın əvvəllərində Istanbul Afrika ölkələri nazirlərinin iştirak etdiyi sammitə ev sahibliyi etmişdi.

Ankara diqqətdən uzaq olan ölkələrlə müttəfiqlik yaradaraq, dünya səhnəsinə çıxmaq istəyir

Bu kimi toplantılar davamlı xarkter almaqla yanaşı, Ankaranın Afrika liderlərini ələ almaq cəhdi kimi qiymətləndirilir. Lakin bütün bu səylərə baxmayaraq, iqtisadiyyat yaxşı durumda deyil.

Afrika üzrə ekspert Memmet Ardanın bildirdiyinə görə, rəsmi Ankara hazırda prioritetlərini dəyişməkdədir.

"Türkiyənin Afrika ilə ticarəti 10 il əvvəllə müqayisədə dəyişməyib. Buna görə hazırda Türkiyə özünü qüdrətli dövlət kimi göstərməyə can atır. Ankara diqqətdən uzaq olan ölkələrlə müttəfiqlik yaradaraq, dünya səhnəsinə çıxmaq istəyir".

Ərdoğan son dəfə Afrikada olarkən çıxışlarında islamçılığa böyük yer verib, Osmanlı İmperatorluğunun Afrikaya qədər uzanmasına baxmayaraq, bir zamanlar Qərbin müstəmləkəçiyindən söz açıb.

Təhlilçi Emre Çalışkan hesab edir ki, 50 faizi müsəlmanlardan ibarət olan Afrika əhalisi Türkiyəyə Qərb və Afrika baxışından üstünlük verir. Çaliskan deyir ki, Afrika müsəlmanları Ankaraya potesiaa diplomatik qüdrət verməklə yanaşı, onun risklərini də artırır.

Türkiyənin Somalidəki hərbi bazasının açılışı
Türkiyənin Somalidəki hərbi bazasının açılışı

Ötən sentyabr ayında Türkiyə Somalidə hərbi baza açıb. Bazanın açılışı Ankaranın regionda nüfuzunu artırmaq cəhdi kimi qiymətləndirilib.

Yaxın Şərq probemlərinin artıq Afrikaya da yayıldığı barədə xəbərdarlıq verən ekspertlər bütün bu proseslərin qlobal rolunu genişləndirməyə can atan Türkiyənin öhdəliklərinin artmasına yardım edəcəyini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG