Accessibility links

Ərdoğan Britaniyaya səfər edib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Britaniyada qarşılanır, 13 may, 2018.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kraliça İkinci Yelizaveta və baş nazir Tereza Meylə görüşmək üçün Britaniyadadır.

Bazar günü İstanbuldan Londona yola düşməzdən əvvəl açıqlamalar verən Ərdoğan Britaniyanı Türkiyənin “strateji tərəfdaşı və müttəfiqi” adlandırıb və çərşənbə axşamı günü Tereza Meylə danışıqlar zamanı ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə edəcəyini bildirib.

Biz Brexit-dən sonra Türkiyə və Birləşmiş Krallıq hökumətləri olaraq iqtisadi əlaqələrimizin fasiləsiz davam etməsini istəyirik

Danışıqlar zamanı Türkiyə və Britaniyanın təminatçı qismində çıxış etdikləri Kiprdə son inkişaflar və Yaxın Şərq, xüsusilə də Suriya, İraq və İranla bağlı “birgə fəaliyyət planı” kimi məsələlər müzakirə ediləcək.

Ərdoğan bildirib ki, üç gün sürəcək səfər zamanı Türkiyə və Britaniya arasında ticarətin genişləndirilməsi məsələsi də diqqət mərkəzində olacaq.

“Biz Brexit-dən sonra Türkiyə və Birləşmiş Krallıq hökumətləri olaraq iqtisadi əlaqələrimizin fasiləsiz davam etməsini istəyirik”, Ərdoğan bildirib.

Türkiyə prezidenti habelə səfər zamanı Chatam House düşüncə mərkəzində nitq söyləyəcək və investorlarla görüşlər keçirəcək.




XS
SM
MD
LG