Accessibility links

Ərdoğanın cangüdənlərinə qarşı rəsmi ittiham irəli sürülüb


Vaşinqtonda münsiflər məhkəməsi may ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ paytaxtına səfəri zamanı baş verən qarşıdurma ilə əlaqədar olaraq Türkiyənin mühafizə orqanlarının 15 rəsmisi daxil olmaqla, 19 nəfərə qarşı rəsmi ittiham irəli sürüb.

Videoda qara kostyum geyinmiş kişilərin dəfələrlə yerə yıxılmış etirazçını sifətindən təpiklədikləri göstərilir.

Amerikanın Səsinin Türk xidməti tərəfindən lentə alınan videoda Ərdoğanın tərəfdarları və cangüdənlərinin Türkiyə səfirinin iqamətgahı önündə bir qrup etirazçıya hücüm edib, onarı döydükləri göstərilir.

Videoda qara kostyumlar geyinmiş kişilərin dəfələrlə səkidə yıxılmış qadını təpiklədikləri nümayiş etdirilir. Bir başqası qadının boynunu buraraq onu yerə itələyib. Əlində meqafon tutmuş etirazçı sifətindən bir neçə dəfə təpiklə vurulub.

Vaşinqtondakı Türkiyə səfirliyi önündə dava
please wait

No media source currently available

0:00 0:03:02 0:00

Etirazçıları qorumaqda çətinlik çəkən Vaşinqton polisi Ərdoğan tərəfdarlarına geri çəkilməyi əmr etsə də bu göstəriçə riayət olunmayıb. Bir neçə şübhəli polisdən yan qaçaraq hədəflərini vurmaqda davam edib.

Qarşıdurma nəticəsində doqquz nəfər xəsarət alıb. 19 nəfərin hər biri zorakılıq cinayəti törətməkdə ittiham olunur ki, bununla 15 il həbs cəzası nəzərdə tutula bilər.

Bundan əlavə onların bir neçəsi odlu silahla hücum etmək ittihamı ilə də üzləşir.

Ərdoğanın Ağ Evdə prezident Donald Trampla görüşündən sonra baş verən insident Vaşinqtonla Ankara arasında onsuz da gərgin münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarıb.

Senator Con Makkeyn və baqşa qanunvericilər bu əmələ cavab olaraq Tükiyə səfirinin ABŞ-dan qovulmasına çağırıblar.

ABŞ və Avropa rəsmiləri ötən il Türkiyədə çevriliş cəhdindən sonra ölkədə insan haqları durumunun pisləşdiyindən narahatlıqlarını ifadə ediblər. Ərdoğanın idarə etdiyi ölkədə minlərlə hərbçi və mülki vətəndaş həbs olunmuş, on minlərlə adam isə şübhəli əsaslarla işdən çıxarılmışdır.

XS
SM
MD
LG