Accessibility links

Erkin Qədirli: 2 məntəqədə cəmi 19 səslə qalib gəldim


Erkin Qədirli: 2 məntəqədə cəmi 19 səslə qalib gəldim
please wait

No media source currently available

0:00 0:05:27 0:00

Müstəqil namizəd kimi növbədənkənar parlament seçkilərinə qatılan Erkin Qədirli seçkilər barədə verdiyi şərhində Yasamal seçki dairəsində səsvermənin digər məntəqələrdən fərqli olaraq çox səliqəli keçdiyini deyib. O bildirib ki, 29 dairənin hər birində 2 müşahidəçi iştirak edib.

Erkin Qədirli 5 dairədə problemlər qeydə alındığını və bu problemlərlə bağlı şikayətlər ediləcəyini deyib.

Müşahidəçilərin işini yüksək qiymətləndirən Erkin Qədirli 29 məntəqədən 25-dən protokollar əldə edildiyini bildirib. O deyib ki, namizəd kimi məntəqələrin üçündə məğlub olub. O, 2 məntəqədə cəmi 19 səslə qalib gəldiyini qeyd edib.

Namizədin sözlərinə görə, seçki fəallığı olduqca aşağı olub və 1000 seçicidən 49 nəfər səsvermədə iştirak edib.

Erkin Qədirli seçici saylarında MSK-nın saytına uyğunluq yaratmaq üçün onların sayının artıq göstərildiyini bildirib.

O, parlamentdə nə edəcək sualının cavabında mandatından imtina etməyəcəyini və nə edəcəyini hələ bilmədiyini deyib.

Erkin Qədirli bildirib ki, "görünür hökumət mənə qarşı güclü namizəd çıxara bilməyib".

“YAP-ın rəsmi namizədi olub. Lakin həmin namizəd mənə qarşı partiyanın inzibati resurslarından istifadə etməyib" - deyə, o əlavə edib.

XS
SM
MD
LG