Accessibility links

Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilir


Bazar günü Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilir.

43 yaşlı islahatçı lider Nikol Paşanyan may ayında hökumətə qarşı genişmiqyaslı etrazlardan sonra baş nazir və sabiq prezident Serj Sarqsyanın gözlənilməz istefasından sonra hakimiyyətə gəlib.

ATƏT də daxil olmaqla, beynəlxalq müşahidəçilər seçkidə elə bir ciddi pozuntu olmadığını deyirlər.

Paşinyan istefa verərək, parlamentin növbədənkənad seçkilərini təmin edib. Lakin baş nazir vəzifəsini icra etməkdə davam edib.

Yerli vaxtla saat 14-dək parlament seçkisində 24 faizdən çox seçici iştirak edib.

Bu barədə ölkənin Mərkəzi Seçki Komisiyası (MSK) xəbər verib.

Baş nazir əvəzi Nikol Paşinyan Facebook səhifəsi ilə canlı yayımda vətəndaşları seçkidə fəallıq göstərməyə çağırıb.

Nikol Paşinyan səs verir.
Nikol Paşinyan səs verir.

Saat 11-ə olan məlumata görə, seçkidə 8 faizə yaxın seçici iştirak edib ki, bu 2017-ci ilin eyni vaxtı ilə müqayisədə (13,32 %) azdır.

İqtisadi inqilab - başlıca prioritetimiz budur.
Nikol Paşinyan

Amma Paşnyan günün sonunadək seçici fəallığının artacağına ümidlə yanaşdığını vurğulayıb.

ATƏT də daxil olmaqla, beynəlxalq müşahidəçilər seçkidə elə bir ciddi pozuntu olmadığını deyirlər.

Şərhlərə bax (1)

Bu forum qapanıb
XS
SM
MD
LG