Accessibility links

Ermənistanda parlament seçkisi dekabrın 9-da olacaq


Ermənistan parlamenti

Ermənistan prezidenti Armen Sarkisyan noyabrın 1-də parlament seçkilərinin dekabrın 9-da keçirilməsinə dair fərman imzalayıb.

Xəbər verilir ki, seçkiyə qədər olan müddətdə Paşinyan baş nazirin səlahiyyətlərini icra edəcək.

Ermənistan baş naziri ikinci cəhddə də seçə bilmədi

Noyabrın 1-də Ermənistan parlamentində baş nazir seçmək cəhdi ikinci dəfədə də alınmayıb. Bu, artıq növbədənkənar parlament seçkisinin qaçılmaz olması deməkdir.

Ermənistan prezidenti Armen Sarkisyan
Ermənistan prezidenti Armen Sarkisyan

Deputatların bu addımı əvvəlcədən əldə olunmuş siyasi razılaşma nəticəsində mümkün olub.

Bu gün keçirilən iclasda 70 deputat qeydiyyatdan keçib, Nikol Paşinyan-ın “lehinə, yaxud əleyhinə heç kəs səs verməyib, 13 nəfər səsverməyə qatılmayıb”, – parlamentin spikeri Ara Babloyan deyib.

Yəni Paşinyan yetərincə səs toplaya bilməyib və Milli Assambleya buraxılıb.

Paşinyan daha öncə demişdi ki, növbədənkənar seçki çox güman dekabrın 9-da keçiriləcək.

Paşinyanın namizədliyi ikinci dəfə irəli sürülüb

Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın parlamentdəki fraksiyası bir həftə ərzində artıq ikinci dəfə onun bu posta namizədliyini irəli sürüb. Bu, növbədənkənar seçkiyə nail olmaq planının bir hissəsidir.

Nominasiyanı Yelk fraksiyası irəli sürüb, müttəfiq qruplar və bəzi müstəqil deputatlar onu dəstəkləyib. Fraksiyanın lideri Lena Nazaryan oktyabrın 30-da AzadlıqRadiosu-na deyib ki, bu taktiki addımın məqsədi parlamentin buraxılmasına və erkən seçkinin təyin olunmasına nail olmaqdır.

Ermənistan konstitusiyasına görə, baş nazir istefa verəndən iki həftə sonra parlament bu vəzifəyə heç kəsi seçə bilmirsə, növbədənkənar seçki təyin olunur.

Seçki 30 gündən tez, yaxud 45 gündən gec keçirilməməlidir, yəni bu zaman səsvermə təxminən dekabrın birinci yarısına düşür.

Paşinyanın partiyası ötən ay Yerevanda mer seçkisində qələbə çalıb. Bundan sonra o, parlamentdə çoxluğa sahib siyasi opponentlərindən canını qurtarmaqdan ötrü erkən seçki keçirməyə çağırıb.

Nikol Paşinyan
Nikol Paşinyan

Vaxtilə müxalifətdən deputat olmuş Paşinyan mayda küçə etirazları nəticəsində hakimiyyətə gəlib. Sələfi, Respublikaçı Partiyasından Serj Sarkisyan aprelin 23-də istefaya məcbur olub.

Yelk ilk dəfə Paşinyanın namizədliyini oktyabrın 23-də verdi, deputatlar bir gün sonra bu nominasiyanı rədd etdilər. İkinci nominasiyadan ötrü parlamentdəki deputatların üçdə birinin imzası gərəkirdi.

Yelk fraksiyasının 105 üzvlük Milli Assambleyada cəmi 9 yerə sahibdir. Onu Tsarukyan blokundan 31 deputat, həmçinin HHK fraksiyasından çıxmış 4 deputat dəstəkləyib.

Paşinyanın namizədliyi noyabrın 1-də səsverməyə çıxarılacaq və rədd olunacağı gözlənir.

Paşinyan isə parlamentdə yerlərin bölüşdürülməsi mexanizmini dəyişəcək qanunvericiliyin qəbuluna yetərincə səs toplaya bilməyib.

XS
SM
MD
LG