Accessibility links

Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib


Vaşintonda yaşayan azərbaycanlılar iyulun 7-sində Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Aksiya iyulun 4-də Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində kənd sakinləri Şəlalə Quliyeva və Zəhra Quliyeva həlak olmasına etiraz əlaməti olaraq keçirilib.

Əllərində Azərbaycan bayraqları və qurbanların şəkillərini tutmuş aksiya iştirakçıları Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb ediblər. Aksiyada iştirak edənlərin bildirdiklərinə görə, onlar etiraz aksiyası keçirməklə dünya ictimaiyyətinin diqqətini bu məsələyə cəlb etmək və Ermənistan rəhbərliyini qınaq obyektinə çevirməklə, onları "cinayət əməllərindən" çəkindirməkdir.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, baş vermiş hadisəyə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə qoyub.

Öz növbəsində, Ermənistan mediası rəsmi mənbələrə istinadən cəbhədə atəşkəsin pozulduğunu və atəşin ilk olaraq Azərbaycan Ordusu tərəfindən açıldığını bildirir. Erməni rəsmilər Azərbaycan tərəfini mülki obyektlərə yaxın yerlərdə hərbi mövqelər qurmaqda və bununla vətəndaşları təhlükə altında qoymaqda günahlandırıblar.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin 4 iyul insidenti ilə bağlı yaydıqları bəyanatda atəşkəsin pozulması ilə əlaqədar ciddi narahatlıq ifadə olunaraq bildirilir.

"Biz bu ciddi insidenti sülh səylərini və qarşıdan gələn danışıqları poza bilən təxribatçı əməl kimi nəzərdən keçiririk," bəyanatda deyilir.

Həmsədrlər tərəflərə Cenevrə konvensiyaları əsasında mülki insanların qəbuledilməz tələfatına yol açan zorakı addımlardan kənar durmaq barədə öhdəliklərini xatırladır.

“Biz tərəflərə müraciət edərək gərginliyin aradan qaldırılması və 1994-1995-ci il atəşkəs haqqında razılaşlaşmara ciddi riayət edilməsi üçün tədbirlər görməyə çağırırıq,” sənəddə qeyd edilir.

XS
SM
MD
LG