Accessibility links

Ermənistan və Serbiya iqtisadi əməkdaşlığa dair bir sıra razılıqlar əldə edib


Ermənistan və Serbiya iqtisadi əməkdaşlığa dair bir sıra razılıqlar əldə edib
Ermənistan və Serbiya iqtisadi əməkdaşlığa dair bir sıra razılıqlar əldə edib

Ermənistan prezidentinin Serbiyaya səfəri zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığa dair bir sıra razılıqlar əldə edilib. Hökumətlər diplomat pasportları olanların viza tələbini ləğv edib. Ermənistan və Serbiya bundan əlavə hava kommunikasiyası və mədəni əməkdaılıqla bağlı sənədləri də imzalayıb. Serbiya prezidenti Boris Tadiç və Ermənistanın dövlət başçısı Serj Sarkisyan Belqradda dünən görüşüblər. Bağlı qapılar arxasında keçirilən görüşdən sonra tərəflər yaxın siyasi əlaqələr tarixinə malik olduqlarını və indi mədəni və iqtisadi əlaqələrin dərinləşdirilməsi vaxtı olduğunu deyiblər.

XS
SM
MD
LG