Accessibility links

Fövqəladə Hallar Nazirliyinin əsgəri ölüb


Fövqəladə Hallar Nazirliyi (FHN) Mülkü müdafiə qoşunlarının əsgəri Allahyar Məmmədov dünyasını dəyişib.

Fövqəladə Hallar Nzirliyinin məlumatına görə, əsgər hərbi hissənin texnika parkında iş görülərkən ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.

Hadisə ilə əlaqədar hazırda Azərbaycan Hərbi Prokurorluğu istintaq aparır.

Ehtiyatsızlıqdan baş verən bədbəxt hadisənin nədən ibarət olması və Hərbi Prolurorluğun Cinayət Məcəlləsinin hansı maddəsi ilə istintaq apardığı barədə məlumat verilmir.

Hüquq mühafizə orqanlarındakı mənbələrdən Amerikanın Səsinə bəlli olub ki, artıq ölüm hadisəsi ilə bağlı bir neçə şəxs saxlanıb.

Xatırladaq ki, bu, son ayda Fövqəladə Hallar Nazirliyinin hərbi hissələrində baş vermiş ikinci əsgər ölümüdür.

Mayın 23-də nazirliyin hərbi hissəsində əsgər Tapdiq Babaşov dünyasını dəyişib. Ailəsi Babaşovun döyülərək öldürüldüyünü bildirib və onun xəsarətləri əks olunmuş fotolarını yayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG