Accessibility links

Erməni ailəsi ölkəsinə təhvil verilib


Beynəlxalq Qızıl Xaç Komitəsi
Beynəlxalq Qızıl Xaç Komitəsi

Azərbaycanda saxlanılan erməni ailəsi Ermənistana təhvil verilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Trend agentliyinə bildiriblər ki, Azərbaycan beynəlxalq humanitar hüquq normalarına və 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarına hörmətlə yanaşaraq, 2010-cu il yanvarın 10-da üçüncü dövlət ərazisində yaşamaq niyyəti ilə Azərbaycana qanunsuz keçmiş və o zamandan buradasaxlanılan Ermənistan vətəndaşları Eqişe Gevorkyan və onun ailə üzvləri - həyat yoldaşı Ruzanna Mardanyan, oğlu Alfred Gevorkyan, qızı Qayane Gevorkyan , oğlu Petros Mardanyanaid olduqları ölkəyə könüllü qayıtmaq barədə müraciətləri əsasında 2014-cü il dekabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi (Bakıdan 530 kilometr qərb) istiqamətində qarşı tərəfə qaytarıb.

Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib və insidentsiz başa çatıb.

Y.Gevorkyan 2010-cu il yanvarın 10-da ailəsi ilə birgə Azərbaycan ərazisinəkeçib. OnlarErmənistana qayıtmaqdan imtina edib, üçüncü ölkəyə göndərilmələri barədə Azərbaycan hökumətinə yazılı müraciət ünvanlayıb.

Prosedura uyğun olaraq onların müraciəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinə göndərilib və bu qurum ailəyə qaçqın statusu verərək göndərilmələri üçün ölkənin müəyyənləşdirməsi işinə başlanyıb. Lakin 5 ilə yaxın müddət keçməsinə baxmayaraq, erməni ailəsini qəbul edəcək ölkə tapılmayıb və nəhayət onlar aid olduqları ölkəyə qayıtmaq barədə qərar verib. .

Ailə Azərbaycan ərazisində saxlanıldığı andan etibarən Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında olub. Bu qurum və BMT QAK tərəfindən saxlanma yerində onlara müntəzəm baş çəkilib.

XS
SM
MD
LG