Accessibility links

Estoniyada seçkilərin ilkin nəticələri baş nazirin koalisiyasının irəlidə olduğunu göstərir (YENİLƏNİB)

Estoniya avro zonasına daxil olduqdan sonra ölkədə keçirilən ilk ümumi seçkilərdə səsvermənin ilkin nəticələrinə əsasən ölkənin iki partiyadan ibarət mərkəz-sağçı koalisiyası səslərin 58 faizini alaraq, irəliyə çıxıb. Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, baş nazir Andrus Ansipin İslahat partiyası 34 faiz, onun koalisiya üzrə tərəfdaşı Pro Patria və Respublika Birliyi isə 24 faiz səs alıb. Koalisiya Estoniyanın 101 yerlik partlamentində əksəriyyət əldə etmək istəyir. Hazırda koalisiya parlamentdə yerlərin 50-ə malikdir.

Rəy sorğularına əsasən, baş nazir Andrus Ansipin mənsub olduğu iki partiyadan ibarət mərkəz-sağçı koalisiya ölkəni dərin tənəzzüldən çıxara bildiyi üçün yenidən seçiləcək.

Yanvar ayında əhalisi 1,3 milyon olan Estoniya avronu işlədən 17-ci Avropa ölkəsi oldu.

XS
SM
MD
LG