Accessibility links

Eta qasırğası 75 min insanı təsirinə məruz qoyub


Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası Eta qasırğasının Mərkəzi Amerikanın yeddi ölkəsinə dağıdıcı təsir göstərməsindən və 75 min insanı təsirinə məruz qoymasından sonra yardım məqsədi ilə 22 milyon dollarlıq vəsait üçün müraciət edib.

Eta qasırğası Mərkəzi Amerikada böyük bir humanitar böhran yaradıb. Panamadan tutmuş Belizə qədər 2,5 milyondan çox insan təsirinə məruz qoyub. Ən ciddi dağıntılar Honduras, Nikaraqua və Qvatemalada olub.

Beynəlxalq Qırmızı Xaç Federasiyası Hondurasda 1.7 milyon insanın, yəni ölkə əhalisinin 20 faizinin qasırğadan ciddi şəkildə təsirləndiyini bildirib. Təşkilatın sözçüsü Metyu Kokreyn qadınlar, uşaqlar, yerli və Afrika icmaları üzvlərinin ən həssas qruplar arasında olduğunu deyib.

"Bunlar onsuz da COVID və iqtisadiyyatın təsirlərindən ciddi şəkildə zərbə alan bölgələrdir" - deyə, Metyu Kokreyn bildirib.

Kokreyn ehtiyacların tam həcmini bilmək üçün hələ də Nikaraqua və Hondurasda araşdırmaların davam etdiyini deyib. Amerikanın Səsinə verdiyi müsahibəsində fəlakətdən sonra ən böyük problemlərdən birinın daşqınlar və torpaq sürüşmələrindən sonra yolların tamamilə bağlandığı və əlaqələrin kəsildiyi ərazilərə çatmamaqdır.

"Yolların və infrastrukturun zədələndiyini və məhv edildiyini bilirik. Su sistemlərinin zədələndiyini və ya tamamilə su altında qaldığını bilirik. Səhiyyə sistemlərinin ciddi zərbə aldığını bilirik. Hələ xəstəliklərin baş verməsi barədə məlumatımız olmayıb. Lakin bu o demək deyil ki, həmin ərazilərdə xəstəliklər baş qaldırmayıb" - deyə, o bildirib.

Kokreyn uzun müddət qalan sudan qaynaqlanan xəstəliklərin yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

Şərhlərə bax

XS
SM
MD
LG