Accessibility links

Bakıda sürüşmə qeydə alınıb


Sürüşmə
Sürüşmə

Oktyabrın 13-də səhər saatlarında Bakının Səbael rayonu ərazisində, Badamdar qəsəbəsi ilə 20-ci sahəni birləşdirən yolda yeni sürüşmə hadisəsi qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin verdiyi məlumata görə istinad divarının böyük hissəsi dağılıb. torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200 metrdən çoxdur. Sürüşmə qatının hündürlüyü 15 metrdən çoxdur.

Sürüşmə hələlik yaşayış evləri üçün təhlükə yaratmır. Amma torpağın hərəkəti davam etsə, üst hissədə yerləşən evlərə ziyan dəyə bilər. Bu səbəbdən 8 evin sakini evlərini tərk edib.

Mütəxəssislərin müşahidəsinə görə sürüşmə zonasında fəallıq davam edir.

Hadisə yerinə baş nazirin, ekoligiya və təbii ehtiyatlar nazirlərinin müavinləri, Bakı şəhərt İcra hakimiyyətinin səlahiyyətlərini cra edən şəxs gəlib.

Baş nazirin müavini Hacıbala Abutalıbov deyib ki, Badamdar yolunun yuxarı hissəsində vəziyyət gərgindir, sürüşmə indi də davam edir.

“Çox təəssüf edirəm ki, bu günə qədər Badamdar qəsəbəsində, demək olar, kanalizasiya sistemi yoxdur. Elə ona görə də dünən müvafiq qurumların rəhbərlikləri ilə müzakirələr apardıq və qərara gəldik ki, bu, yuxarı hissədəki evlərin heç birində yaşayış olmamalıdır. Yolun aşağı hissəsindəki restoran və çayxananın fəaliyyəti dayandırılıb, çünki bu obyektlər tamamilə sürüşmə zonasındadır”.

H.Abutalıbov sürüşmə ərazisində yol hərəkətinin də dayandırıldığını deyib.

“Böyük yarğınlar əmələ gəlib, yarğanların dərinliyi 4 və 6 metrdir, su ilə doludur. Su ilə gil sürüşmənin əsas şərtidir. Biz əlimizdən gələni edirik və xüsusi nəzarətdə saxlayırıq ki, hər hansı bir fəlakət olmasın”.

Ötən gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG