Accessibility links

Avropa İttifaqı Rusiyaya dron və raket tədarükü ilə əlaqədar İran rəsmiləri və hava yolları şirkətlərini hədəf alır


Avropa İttifaqı Rusiyaya Ukraynaya qarşı müharibədə istifadə etmək üçün pilotsuz təyyarələr, raketlər və digər avadanlıqlar tədarük etdiyinə görə bazar ertəsi İranın müdafiə nazirinin müavini, İnqilab Keşikçiləri Qvardiyasının yüksək səviyyəli üzvləri və üç aviaşiya şirkətinə qarçı sanksiyalar tətbiq edib.

Müdafiə nazirinin müavini Seyid Həmzə Qələndari hazırda Avropaya səfərləri qadağan edilən və aktivləri dondurulmuş yeddi yüksək səviyyəli rəmidən biridir. Avropa İttifaqı müdafiə sistemində yüksək rolunu nəzərə alaraq, onun "İranın [dron] və raket proqramının inkişaf etdirilməsində iştirak etdiyini" bildirib.

"Iran Air", "Mahan Air" və "Saha Airlines" də şirkətlərinin aktivləri dondurulub. Avropa İttifaqının bildirdiyinə görə, bu şirkətlərin təyyarələrindən “Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsində istifadə olunan İran istehsalı pilotsuz uçuş aparatları və əlaqəli texnologiyaların Rusiyaya ötürülməsi üçün dəfələrlə istifadə olunub”.

Avropa İttifaqının xarici işlər nazirləri Lüksemburqda keçirilən görüşdə sanksiyaları təsdiqləyib.

Mart ayında blok xəbərdarlıq etmişdi ki, "İran ballistik raketlər və müvafiq texnologiyanı Ukraynaya qarşı istifadə etmək üçün Rusiyaya ötürərsə, Avropa İttifaqı yeni və əhəmiyyətli məhdudlaşdırıcı tədbirlər də daxil olmaqla, buna tez cavab verməyə hazır olacaq".

Rusiya 2022-ci ilin fevralında genişmiqyaslı hərbi müdaxiləyə başlayandan bəri Macarıstan istisna olmaqla, Avropa İttifaqına üzv ölkələr Ukraynaya təxminən 118 milyard avro (129 milyard dollar) dəyərində silah və sursat, eləcə də iqtisadi və digər dəstək verib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG