Accessibility links

İtaliyaya əlavə yardım göstəriləcək


Avropa Komissiyası Aralıq dənizində miqrasiya böhranına yardım üçün İtaliya hökumətinə əlavə 116 milyon dollar yardım edəcəyinə söz verib.

Avropa Birliyinin prezidenti eləcə də İtaliyanın baş nazirinə İtaliya rəsmiləri ilə əlaqələndirmə məqsədi ilə Brüsseldə xüsusi "əlaqə qrupu" yaratdığını bildirib.

Nigeriya, Banqladeş və Qvineyadan Avropaya yollanan miqrantların çoxu İtaliyada dayanır.

İspaniyanın xilasetmə qrupu Aralıq dənizində qayıqda 1767 miqrantı xilas edə bilib. Biri hamilə qadın olmaqla, 13 nəfəri xilas etmək mümkün olmayıb.

"Uşaqları Xilas Edək" humanitar qrupu isə çərşənbə axşamı dənizi keçməyə çalışan kiçik qayıqdakı 70 nəfəri xilas edib.

Miqrantların çoxu sahil keşikçiləri tərəfindən xilas edilir. Bu il 2 mindən artıq insanın sularda boğulduğu təxmin edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG