Accessibility links

Avropalılar və Amerikalılar Çinin nüfuzunun artdığını düşünürlər


Atlantik okeanın hər iki tərəfində 14 ölkədə ictimai təsəvvürləri tədqiq edən yeni araşdırmanın nəticələrinə əsasən, avropalı və amerikalıları ən çox narahat edən məsələlər arasında iqlim dəyişikliyi və immiqrasiya yer alır, Çin isə qarşıdan gələn illərdə qlobal nüfuzda Birləşmiş Ştatlara rəqib olacaq.

Çərşənbə axşamı dərc olunan Alman Marşal Fondunun 2023 Transatlantik Trendlər hesabatında həmçinin NATO və Ukraynanın transatlantik alyansa və Avropa İttifaqına qoşulmasına dəstəyin güclü olduğu bildirilir. Eyni zamanda, isə bəzi ekspertlər narahatedici amillərin olduğunu deyir.

Atlantik okeanın hər iki tərəfində, o cümlədən Birləşmiş Ştatlar, Kanada, bir neçə Aİ ölkəsi, habelə Britaniya və Türkiyə ölkələrinin Çinlə daha çox əməkdaşlıq etməsini istəyir. Gənc respondentlər ABŞ-ın təsirini daha mənfi, Rusiya və Çinin təsirini daha müsbət görürlər.

“Belə görünür, qızğın transatlantizm dövrü başa çatıb. Biz həmçinin dünya nizamının sürətlə dəyişdiyini görürük və ictimaiyyət bundan xəbərdardır,” Alman Marşal Fondunun risk və strategiya üzrə mütəxəssisi Gesin Veber transatlantik əlaqələrdə status-kvonun olduğunu göstərən araşdırmalara istinadən bildirib.

“Mənim çıxaracağım nəticə odur ki, Atlantik okeanın hər iki tərəfində hökumətlər necə vətəndaşları üçün daha mənalı və bu dünya nizamına daha yaxşı uyğunlaşan bir gündəm yarada biləcəkləri üzərində düşünməlidirlər,” o əlavə edib.

Misal üçün, iqlim dəyişikliyi məsələsində rəy sorğusunda iştirak edən insanların əksəriyyəti inanır ki, problemi həll etmək üçün hökumətlərindən daha çox elmi icma iş görür.

Ancaq transatlantik baxışlar demək olar ki, eyni deyil. Kanada, Fransa, İtaliya və Portuqaliya əhalisinin dörrdə biri ilə üçdə biri arasında insan iqlim dəyişikliyini təhlükəsizlik problemi olaraq görür. Ancaq məsələn, ABŞ-da rəy sorğusunda iştirak edənlərin yalnız 14 faizi bununla razılaşır, baxmayaraq ki, bu məsələ amerikalıların ümumi təhlükəsizlik narahatlıqları arasında yüksək yerdədir.

Miqrasiya bu il Ukraynadakı müharibəni ötərək əsas qlobal problemlər arasında ikinci yerdə gəlsə də, Rusiya hələ də litvalı və polşalı rəy sorğusu iştirakçıları arasında bir nömrəli təhlükəsizlik narahatlığıdır.

Araşdırma nəticələrinə görə, Çinlə bağlı ictimai baxışlar qarışıqdır. Belə ki hər 10 nəfərdən altısının Pekinə ümumi baxışı mənfi olsa və dörddə biri Çinin qlobal dəyişikliyə qarşı mübarizədə heç nə etmədiyini düşünsə də, Birləşmiş Ştatlar, Birləşmiş Krallıq və Fransada 18 ilə 24 yaş arasında gənclərin əhəmiyyətli bir hissəsi Çinlə bağlı müsbət düşüncələrə sahibdir.

Atlantik okeanın hər iki tərəfində əksər insanlar həmçinin ticarət, enerji, texnologiya kimi məsələlərdə Çinlə daha çox əməkdaşlığın olmasını istəyir. Ancaq onların çox eyni zamanda insan hüquqları məsələsinə də daha sərt yanaşma görmək istəyirlər. 30 faiz Çinin beş il sonra ən nüfuzlu qlobal aktyor olacağını düşünür. 37 faiz isə bunun ABŞ olacağına inanır.

Forum

XS
SM
MD
LG