Accessibility links

Evdə silah istehsalı


8 ştat və Vaşinqton mahalı Tramp administarsiyasını 3 demensiyalı silah istensalının instruksiysının yayılmasına icazə verdiyi üçün məhkəməyə verib.

Silahın istehsalına dair videonu texaslı bir şəxs nümayiş etdirib.

Bu texnologiya insanlara evdə silah istesal etməyə imkan yaradır.

Prosesə rəhbərlik edən Vaşinqtonun baş prokuroru Bob Ferquson bildirib ki, şikayətlər artıq məhkəmələrə göndərilib və biz ötən çərşənbə günü internetə yerləşdirilən videonun dərhal çıxarılmasını tələb edirik.

Texas şirkətinin hazırladığı sxem hər kəsə bir neçə yüz dollara plastik silah hazırlamaq yolunu göstərir.

ABŞ Dövlət Departamenti Texasın silah hüquqlarını müdafiə edən Kodi Uilsona sxemin yayılmasını dayandırmağa çağıraraq, bunu ABŞ-ın silah ixraçı qanunlarına zidd olduğunu bildirir.

Uilson isə qadağanın onun konstitusiya hüquqlarını pozduğunu iddia edərək, məhkəməyə müraciət edib.

XS
SM
MD
LG