Accessibility links

Evdə silah hazırlanması videolarının internetə yerləşdirilməsi qadağan edilib [Video]


Evdə silah hazırlanması videolarının internetə yerləşdirilməsi qadağan edilib
please wait

No media source currently available

0:00 0:01:40 0:00

Evdə silah hazırlanması videolarının internetə yerləşdirilməsi qadağan edilib

Hakim Robert Lansikin qərarı hal-hazırda insanları 3D printerlərindən istifadə edərək öz evində silah hazırlanmağına mane olur.

Tramp administrasiyası ötən ay 2013-cü ildə necə silah çap oluna biləcəyi ilə bağlı internetə video yerləşdirlən Kodi Uilsonla görüş keçirib.

''Mənim üçün bu radikal bərabərliyin bir nümayişidir. Mən inanıram ki, hər bir fərd hüquq-mühafizə orqanları və hərbinin sahib olduqlarına sahib ola bilməlidir. Bu fərdi suverenliyin sadə nümayişidir.'' - deyə, Kodi Uilson bildirib.

Çoxlu sayda insan isə bununla razı deyil. Bu həftənin əvvəllərində 8 ştat və Vaşinqton mahalı Tramp administrsiyasını 3 demensiyalı silah istensalının instruksiyasının yayılmasına icazə verdiyi üçün məhkəməyə verib.

"Tramp administrasiyası potensial olaraq laptopu olan istənilən cinayətkara və ya terroristə izlənə bilməyən odlu silah əldə etmək imkanı yaradır. İcazənizlə daha geniş izah edim. Kriminal tarixçə yoxlanılmayacaq, gözləmə müddəti və ya silahın seriya nömrəsi olmayacaq. Hətta bu 3D printerlərində hazırlanan silahların bəziləri metal detektorlar tərəfindən müəyyən edilə bilmir.'' - deyə, Vaşinqtonun baş prokuroru Bob Ferquson bildirib​.

Çərşənbə axşamı silah hüquqlarını dəstəkləyən Donald Tramp belə çap edilə bilən silahla bağlı narahatlıqlarını dilə gətirib. O yazdığı tvitdə Milli Tüfəng Assosiasiyası çap oluna bilən silahlarla bağlı danışdığını və bunun məntiqli olmadığını bildirib.

Amma Amerikanın ən böyük silah lobbisi qrupu olan Milli Tüfəng Assosiasiyası demək olar ki, bütün silah məhdudiyyətlərinə qarşı çıxır və çap oluna bilən silahları "azadlıq və yenilikçi'' hesab edir.

XS
SM
MD
LG