Accessibility links

Evsizlərə dəstək aksiyası- Minlərlə insan küçələrdə gecələyib


Nyu-York
Nyu-York

Dünyada minlərlə insan küçələrdə gecələyib. BBC-nin məlumatına görə, iki minə yaxın britaniyalı gecəni London küçələrində yatıb.

"The World's Big Sleep Out" aksiyası çərçivəsində baş tutan bu tədbirdə iştirakçılar evsizlərə kömək üçün vəsait toplamağa çalışıb.

Oxşar tədbirlər Nyu-York, Manila, Dublin, Honq Konqda da keçirilib. Təşkilatçıların bildirdiyinə görə, ümumilikdə eyni həmrəylik aksiyası dünyanın 50-yə yaxın şəhərini əhatə edib.

Aksiyada məşhurlar da iştirak ediblər. Məsələn, Nyu-Yorkda tamaşaçılara aktyor Vill Smit müraciət edib.

"The World's Big Sleep Out"-un yaradıcısı Şotlandiya xeyriyyəçisi və iş adamı Coş Littlejohndur. Təşkilatın saytında göstərilir ki, bu kampaniyanın məqsədi təkcə vəsait toplamaq deyil, həm də siyasi liderlərin diqqətini evsiz insanlar və qaçqınlar probleminə cəlb etməkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG