Accessibility links

Fələstin lideri Trampın Sülh Planı əleyhinə BMT-nin Təhlükəsizlik Şurasında çıxış edəcək


Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Təhlükəsizlik Şurasında prezident Donald Trampın Yaxın Şərq üzrə sülh planına qarşı Fələstinin iddiasıni irəli sürmək üçün fevral ayında BMT-yə gedəcək.

Mahmud Abbas qarşıdan gələn iki həftə ərzində xarici diplomatiyasını şənbə günü Qahirədə, Ərəb Dövlətləri Birliyinin xarici işlər nazirlərinin toplantısında başlayaraq. Bundan sonra o, İslam Konfransı Təşkilatı və Qoşulmama Hərəkatının toplantılarında iştirak edəcək, eləcə də Afrika Birliyi sammitinin nazirləri ilə görüşəcək.

”Bu məsləhətləşmələr prezident Abbasın yaxın iki həftə ərzində BMT-nin Təhlükəsizlik Şurasına edəcəyi səfərində sona çatacaq. O, Fələstin xalqının və Fələstin rəhbərliyinin bu qarşıdurmaya reaksiyasını, Tramp administrasiyası tərəfindən Fələstin xalqının milli hüquqlarının necə pozulduğunu bütün beynəlxalq ictimaiyyət qarşısında təqdim edəcək”- deyə, Fələstinin BMT-dəki səfiri Riyad Mansur çərşənbə günü jurnalistlərə bildirib.

Çərşənbə axşamı ABŞ prezidenti Fələstinin paytaxtı Şərqi Qüds olmaqla müstəqil dövlət elan edilməsini təklif edib. Donald Tramp əlavə edib ki, fələstinlilər sülh prosesi çərçivəsində özünü idarə edəcək addımlar atmalıdır.

Bunun müqabilində İsrail Fələstin ərazilərində yaşayış məntəqələrinin inşasını dondurmalıdır. Rəsmilərin bildirdiyinə görə, bu müddət ərzində Fələstin dövlətçiliyinin təsisi müzakirə edilməlidir.

80 səhifəni əhatə edən planın 50 səhifəsi siyasi plan, iyul ayında elan edilən 30 səhifəsi isə fələstinlilər, İordaniya və Misir üçün 50 milyard dollarlıq iqtisadi canlanma planıdır.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG