Accessibility links

Facebook yalan xəbərlərin yayılmasına mane olunması üçün yeni vasitələrdən istifadə edir


Facebook yalan xəbərlərin yayılmasına mane olunması üçün yeni vasitələrdən istifadə edildiyini bəyan edib.

Şirkət istifadəçilərin işinin asanlaşdırılması üçün yalan xəbərlərin yayımının bayraqla işarələndiyini bildirib. Facebook Snopes, ABC News və Associated Press kimi şirkətlərlə əməkdaşlıq edərək, xəbərlərin əslinin müəyyən edilcəyini deyir.

Şirkət saxta məlumatların "disputed" münaqişəli kəlməsi ilə müşayiət ediləcəyini bildirib. Təndiqlər baxımından xüsusilə Fasebook olmaqla, sosial media ən böyük auditoriyaya malik olan Google-ı üstələyib.

Təhlilçilər bu il ABŞ-da prezident seçki yarışları zamanı Amerikanın parçalandığına dair deyilənlərin respublikaçı namizəd Donald Trampın demokrat Hillari Klinton üzərindəki zəfərinə yol açdığını deyir.

Facebook beləliklə misilsiz bir təzyiq altına düşüb. Təhlilçilərin dediyinə görə, bu platformada son 3 ay ərzində yalan seçki xəbərləri ilə bağlı aktivlik 19 əsas xəbər agentliyindən daha çox olub.

Facebook-un təsisçisi Mark Zukerberq şirkətinin alqorifmini açıqlayaraq qeyri-dəqiq informasiyanın müəyyən ediləcəyini bildirmişdi.

Zukerberq statusunda yazıb:

"Biz öz həqiqətlərimizi özümüz mühakimə etmək istəmirik, əksinə, ictimaiyyətimiz və üçüncü partiyalara arxalanmaq istəyirik.”

Şirkət Zukerberqin “dezinformasiya” adlandırdığı probelemin həllinin addım-addım ictimaiyyətə açıqlanacağını bildirib.

XS
SM
MD
LG