Accessibility links

Xarici agentlərin göstərişi ilə hökumətin simvollarına hücum etməkdə günahlandırılan İran vətəndaşları ittihamları rədd edib.

Amerikanın Səsinin fars redaksiyasının canlı verilişinə zəng edənlər İran rəsmilərinin ittihamlarından şikayət edib.

İranın dövlət Press TV kanalının daxili işlər nazirinin müavini Hüseyn Zolfaqariasa istinadən bildirdiyinə görə, İranın təhlükəsizlik qüvvələri qətiyyətli şəkildə təxribatlara müqavimət göstərib.

İnternetdə yayılan videolarda bəzi nümayişçilərin hökumət binalarının şüşələrini sındırdığı və yanğın törətdikləri göstərilir.

Fars xidmətinin Straight Talk verilişinə zəng edənlər zorakılılqları hökumətin tərəfdarlarının törətdiyini deyib. Onlar bildirib ki, hökumət bu yolla dinc nümayişçiləri ləkələməyə çalışır.

Lakin bəziləri təhlükəsizlik qüvvələri ilə qarşıdurmaları artırıb. İndiyədək 20-dən çox insanın öldürüldüyü bildirilir.

Nümayişlərə qatılan İran rəsmilərinin bəziləri də xarici agentlərlə əlaqədə günahlandırılır. Lorestan vilayətinin valisinin müavini Həbubolla Xojastehpur Dorud şəhərində iki nümayişçinin ölümünə xarici agentlərin səbəb olduğunu deyib.

Straight Talk-a danışan bəzi iranlılar hökuməti xarici təsir iddiaları ilə insanların diqqətini yayındırmağa çalışdığını deyib.

Amerikanın Səsinin fars redaksiyasına göndərilən şəkillər və videolarda bir sıra şəhərdə 6 gündür ardıcıl şəkildə keçirilən nümayişlər göstərilir.

Tehranda aksiya iştirakçıları "Polis bizi dəstəkləyir" kimi şüarlar səsləndirilibsə, Abadanda ali ruhani lider Ayətulla Əli Xameneyiyə ünvanlanan "Diktaora ölüm" şüarı nümayişçilərin çağırışı olub.

XS
SM
MD
LG