Accessibility links

Nyu-York şəhərində yalnız bir neçə qadın yüksək səviyyəli aşpaz adını qazana bilib


Fatimə Əli Nyu-Yorkun ən məşhur restoranında aşpaz işləyir
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Fatimə Əli Manhattandakı Café Centro-da baş aşpaz yardımçısıdır. O, həm də Amerikanın ən mötəbər Kulinariya İnstitutunu bitirən bir neçə pakistanlıdan biridir.
Lakin çox nadir haldır ki, Fatimə Əli yeganə qeyri-amerikalı qadın olaraq Nyu-Yorkun 70 yüksək səviyyəli restoranlarından birində işləyə bilər.

Fatimə Əli Pakistanda böyüyüb. O, geri, vətənə aparmalı çox şey olduğunu deyir. “Mənim Birləşmiş Ştatlarda gördüyüm çox şey var ki, əvvəllər Pakistanda olmayıb. Bunlardan biri də buradakı ərzaq və ədava növləridir. Mən Amerikadan vətənə gedərdən özümlə aparır, ailəm və dostlarım üçün burada öyrəndiyim yeməkləri bişirirəm.”

Bu ilin iyul ayında Fatimə televiziyanın Food telekanalında keçirilən aşpazlar müsabiqəsində iştirak edib, O, Pakistan ədavalarından Qərb mətbəxində istifadə etdiyinə görə, müsabiqənin ən yüksək 10 min dollarlıq mükafatını alıb.

Yan Hoffman Café Centro-nun icraçı aşbazıdır. “O, gözəl potensiala malikdir və mən deyirəm ki, o, 2-3 ildən sonra baş aşpaz olacaq.”

Fatimə hazırladığı yeməklərdə dəyişikliklər etmək istəyir.Fatimədə bu ilham onun anasına məxsus imkansız uşaqlara yardım təşkilatında yaranıb. “Mən özümün ilk yeməklərimi 12 -15 yaşlarında olarkən, anamın imkansız uşaqlara ianə toplamaq üçün təşkil etdiyi festivallarda nümayiş etdirirdim. O vaxtlar çox az hazırlasam belə, bu mənim gələcəyim üçün ilham mənbəyi oldu.” deyə, o bildirir.

Fatimə Əli Pakistana döndükdən sonra imkansız ailələrin ucuz qiymətə ala biləcəyi və orqanik məhsullardan yeməklər hazırlanan kiçik mətbəxlər açmaq və bu işi yeniyetmələrə öyrətmək istəyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG