Accessibility links

Fauçi ABŞ-ın 4 iyul Müstəqillik Gününə qədər normal vəziyyətə dönə biləcəyinə ümid edir


ABŞ Prezidenti Co Baydenin koronavirus məsləhətçisi dr. Entoni Fauçi bazar günü ölkənin 4 iyul müstəqillik şənliklərinə qədər normal vəziyyətə dönə biləcəyinə ümid bəslədiyini desə də, xəstəliyin artmasının qarşısını almaq üçün hələ də tədbilər görülməsinin vacibliyini vurğulayıb.

ABŞ-da şənbə günü 3 milyon peyvənd vurulub. Bu, koronavirus peyvəndlərinin vurulmasının sürətinin artdığını göstərir.

Fauçi ABŞ-ın may ayının sonuna qədər kifayət qədər peyvənd dozasına sahib olacağına inandığını və vaksin vurdurmaq istəyən hər bir amerikalının peyvəndlə təmin ediləcəyini deyib.

Keçən həftə Bayden yalnız yaşlı insanlar deyil, bütün yetkinlərin mayın 1-dən etibarən vaksinasiyaya başlayacağını bəyan edib.

Prezident bildirib ki, "bu, gözləniləndən olduqca tez" olub. "Lakin bu o demək deyil ki, hər kəsə dərhal peyvənd vurulacaq. Bu, mayın 1-dən etibarən hər kəsin vaksin üçün növbəyə dura biləcəyi deməkdir" - deyə, Bayden vurğulayıb.

Prezidentin çıxışından əvvəl administrasiyanın bir yüksək səviyyəli rəsmisi bildirib ki, may ayının sonuna qədər ölkədə bütün yetkin yaşdakı insanlar üçün kifayət qədər peyvəndin tədarükü gözlənilir.

COVID-19 pandemiyasın ABŞ-da yayılmağa başlamasının 1 illiyi münasibəti ilə çıxış edən Bayden daha bir hədəf də elan edib. Belə ki, əsas məqsədin amerikalıların 4 İyul Müstəqillik Gününü məhdud yığıncaqlarda qeyd edə bilməsi olduğunu bildirib.

Fauçi "Fox News Sunday" verilişinə "4 iyul proqnozalrını olduqca məqbul hesab edirəm" deyib. Lakin o, pandemiyanın ABŞ-da hələ də təhlükəli olduğunu barədə xəbərdarlıq edib.

Son həftə ərzində yoluxma hallarının gündəlik sayı 50000-lə 60000 olmaqla sabitləşib.

Bəzi ABŞ ştatlarının qubernatorları müəssisələrin normal fəaliyyətlərini bərpasına icazə verməyə başlayıb, ştat sakinlərinə artıq ictimai yerlərdə üz maskaları taxmaq məcburiyyətində olmadıqlarını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG