Accessibility links

Fauçi: ABŞ 'yanlış istiqamət' alıb


ABŞ-ın yoluxucu xəstəliklər üzrə aparıcı mütəxəssisi Dr. Antoni Fauçi ABŞ-ın COVID-19 yoluxmaları ilə “yanlış yolda olduğunu” bildirib.

Bazar günü CNN-in “Birlik Dövləti” proqramında danışan Fauçi “Ölkənin 50%-i peyvənd edilməyib. Bu, problemdir” deyib.

Fauçinin şərhləri ilk dəfə Hindistanda aşkar edilən Delta variantının yayılması ilə əlaqəli koronavirus yoluxmalarında artımın insanların peyvənd olunmaqdan imtina etdiyi bölgələri əhatə etdiyi bir vaxt verilib.

"Özümüzü təhlükəyə atırıq" - deyə, Prezident Co Baydenin ən yüksək tibbi məsləhətçisi Fauçi bildirib.

O, vaksin vurulan insanların Delta variantından "yüksək dərəcədə qorunduğunu" açıqlayıb. Ancaq peyvəndlərin sürəti ABŞ-da aprel ayının ortalarından bəri 80%-dən çox düşüb.

Qərbdəki Los Anceles və ölkənin mərkəzindəki Sent-Luis də daxil olmaqla, bəzi şəhərlər vaksinasiya vəziyyətindən asılı olmayaraq insanların ictimai yerlərdə maska taxmaları üçün yeni əmrlər verib. Digər şəhərlər də oxşar qərarları nəzərdən keçirir.

Çində səhiyyə rəsmiləri bazar günü 76 yeni yoluxma halının qeydə alındığını bildirib. Reuters agentliyinin verdiyi məlumata görə, şərqdəki Nankin şəhərindəki rəqəmlər Asiya ölkəsində yanvar ayından bəri qeydə alınan ən yüksək göstəricidir.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG