Accessibility links

Qətərdə bir ferma bitki yetişdirmək üçün yararlı torpaq hazıralyır [Video]


Qətərdə fəaliyyət göstərən Agrico adlı kənd təsərrüfatı şirkəti kompostlama vasitəsilə məhsuldar torpaq yaradır. Kompost bitki və heyvan tullantılarının nəmli-oksigen mühitində parçalanmasına kompostlama deyilir. Buna səbəb isə odur ki, bitkilərin çoxunu Qətər səhrasında yetişdirmkə olmur, amma xüsusi olaraq hazırlanmış kompost vasitəsilə tərəvəzlər istixanalarada yetişdirilir. Agrico Qətərin ən böyük tərəvəz istehsalçısıdır və bu yaxınlarda göbələk yetişdirmə proqramı başladıb.

Biz yerli göbələk bazarının 30 faizinə sahibik. Biz onların 20 faizini Bəhreyn və Səudiyyə Əərbistanı kimi qoşu ölkələrə ixrac edirik.

Qətərin iqlimi, isti hava, su azlığı və səhra torpağında yüksək duz tərkibiin olması kənd təsərrüfatını çətinləşdirir. 2012-ci ildə Agrico adlı ailə şirkəti istixanalarda orqanik tərəvəzlər yetişdirməyə başladı. Bu yaxınlarda isə onlar göbələk də yetişdirməyə başlayıb. 10 min kvadrat metr ərazisi olan bu fermada Agrico-nun kompostlaması nəticəsində gündə bir ton göbələk əldə olunur.

"Torpaq saman, kənd təsərrüfatı gipsi və quş gübrəsindən ibarətdir. Bu qarışıq bir yerə toplanıb, fermentləşdirilib və daha sonra pasterizə edilir. Beləcə o, istixanada istifadəyə hazır hala gətirilir. Torpağı hazırlamaq prosesi dörd həftə çəkir. Bundan əlavə dörd həftə də göbələkələr yetişir", deyə Agrico-nun kənd təsərrüfatı layihəsinin başçısı Nassar Əl-Xələf bildirir.

Göbələklər temperatura nəzarət olunan otaqlarda, 18 dərəcədə yetişdirilir.

“Bəzi ölkələrdə istixananı soyutmaq baha başa gəlir. Körfəz ölkələri bu baxımdan üstünlüyə sahibdirlər, çünki burada enerji çox ucuzdur. Lakin bu ölkələrdəki fermaların başqa əlavə xərcləri olur, çünki onlar ehtiyacları olan materialların çoxunu idxal edirlər”, göbələk fermasının meneceri Ömər Haqi deyir.

Kompost
Kompost

Agrico göbələk istehsalını artırıb, üç və ya dörd tona çıxarmaq istəyir.

“Biz yerli göbələk bazarının 30 faizinə sahibik. Biz onların 20 faizini Bəhreyn və Səudiyyə Əərbistanı kimi qoşu ölkələrə ixrac edirik”, Nassar Əl-Xələf bildirir.

Qətər yarı-səhra əraziləri kənd təsərrüfatı torpağına çevirərək, ərzaq idxalını azaldacağına ümid edir.

XS
SM
MD
LG