Accessibility links

Amerika fermerləri daha bir qeyri-müəyyən ticarət ilindən narahatdır


Amerika fermerləri daha bir qeyri-müəyyən ticarət ilindən narahatdır
please wait

No media source currently available

0:00 0:02:37 0:00

Amerika fermerləri daha bir qeyri-müəyyən ticarət ilindən narahatdır

Konqresin demokrat nümayəndələrinin ABŞ-Meksika və Kanada Ticarət Razılığını (USMCA) dəstəklədiyi bir vaxt, Amerika fermerləri ərzaq ixracını artırmağa hazırlaşır. Lakin buna baxmayaraq, onlar daha bir qeyri-müəyyən ticarət ilindən narahatdır.

2018-ci ildə Tramp administrasiyasının ticarət siyasətini nəzərdən keçirdiyi vaxt ABŞ fermerləri qiymət dəyişkənliyi və məhsullarının ixrac yerinin bilinməməsindən əziyyət çəkib.

“Bizə yardım deyil, ticarət lazımdır. İndi bankirlər pul qazanmaq istəyir” - deyə, fermer Stiv Türner bildirib.

Stiv Törner Çikaqoda keçirilən fermaçılar börosunun illik yığıncağında iştirk edən fermerlərdən biridir. O, Kənd Təsərrüfatı Nazirliyinin Market İmkanları (USDA MFP) proqramından vəsait alır.

Bu proram tariflərə məruz qalan ixrac məhsullarının qorunmasına və Tramp administrasiyasının ticarət müzakirələri apardığı dövrdə fermerlərin məhsul itirməsinin qarçşısının alınmasına yönəlib. İndiyədək bu proqram fermerlərə 14.5 milyard vəsait ödəyib.

“Bunun gəlirlər üçün böyük əhəmiyyəti vardı. Heç bir şübhə olmadan” - deyə, fermer Meqan Düyer deyib.

“Əgər tariflərlə üzləşiriksə, bizə yardım lazımdır” , fermer Ceff Kirvan bildirib.

Meqan və Ceff Kirwan İllinois fermerləridir. Ölkədə MFP proqramından ən çox yardımı bu ştat alır.

Onların hər ikisi də etiraf edir ki, yardımdansa, razılıq daha mühümdür.

“Heç kim ələ baxmaq istəməz” , Meqan deyib.

“Ticarət razılığı çox mühümdür. Bizə yaxşı və ədalətli ticarət lazımdır” , Ceff bildirib.

ABŞ-Meksika və Kanada Ticarət Razılığının əsas məqsədi aşağı tariflər və ya tarifsiz alqı-satqı, habelə ABŞ-ın məhsul bazarlarına asan çıxışın təmin edilməsidir. Xüsusilə qarğıdalı və soya paxlalrı bazarlarına.

“Bir uğur, digər uğurlara yol açır” , Ceff deyir.

“Bu, xarici bazarlarda etibarımızı yüksəldir, Amerikanın razılıq əldə edə biləcəyini göstərir” , Meqan belə hesab edir.

Gələcəyə ümidlər olsa da, bəzi fermerlər bugünkü problemlərlə qarşı-qarşıyadır.

“Qiymətlərin bizə vurduğu irtsadi ziyan hələ də qüvvədədir” - deyə, Stiv bildirib.

“Ticarət razılığı ilə işlərin qaydaya düşəcəyini bilsək belə, fermaların gəlir durumu hələ də yaxşı deyil. Bir gecədə heç bir şey dəyişməyəcək” , Kənd Təsərrüfatı nazirinin müavini Stefen Çenski deyib.

Kənd təsərrüfatı nazirinin müavini Stefen Çenski fermerlərin narahatlığını başa düşdüyünü deyir. Çikaqo toplantısına qatılan nazir müavini ümid edir ki, Çinlə razılıq əldə edildikdə 2020-ci ildə MFP-in yardımlarına ehtiyac qalmayacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG