Şənbə günü Ukraynanın şərqində Donbas bölgəsində döyüşlər intensivləşib. Belə ki, Rusiya qüvvələri Lisiçansk şəhərinin bombardmanını artırıb.
Ruisya ordusu fevralın 24-də hərbi müaxiləyə başlayandan bəri Kyivi ələ keçirmək cəhdi uğursuz olandan sonra diqqətini yönəltdiyi sənaye bölgəsinə daha çox daxil olmağa çalışır.
Xarkiv bölgəsində İzyum və Çuquiv rayonlarının atəşə tutulması nəticəsində dörd nəfər ölüb, üç nəfər yaralanıb. Bu barədə Xarkiv rayon başçısı Oleq Sinequbov məlumat verib.
Rusiya raketləri həmçinin Slovyanskda yaşayış binalarına tuş gəlib. Nəticədə bir qadın evinin həyətində ölüb, onun həyat yoldaşı ilə xəsarət alıb. Bunu Agence France-Presse-ə onlaırn qonşusu bildirib.
Xarkivdə raketlər dəmir yolu infrastrukturunu vurub, amma tələfat barədə məlumat yoxdur. Zərbə nəticəsində dəmir yolu zədələnib, yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb.
“Səhər saat 4-də Rusiya raketləri ilə hücum nəticəsində elektrik şəbəkəsi və svetoforu və yarımstansiyanı elektriklə təmin edən üç yüksək gərginlikli xətt zədələnib,” bölgənin elektrik şəbəskəsinin meneceri Pavlo Svistelnikov Reuters-ə bildirib.
Bölgə rəsmiləri deyir ki, Rusiya qüvvələri artıq bir həftədən çoxdur şəhərə zərbələr endirir, mülki vətəndaşları öldürür, yaşayış binaları və məktəbləri hədəf alır.