Accessibility links

Filippin Manqxut tufanına hazırlıq görür


Filippin şənbə günü quruya çatacaq Manqxut tufanına hazırlıq görür.

Milyonlarla sakini olan Luzn adasında bizneslər və sakinlər son hazırlıq işlərini başa çatdırır.

Sinoptiklər küləyin sürətinin saatda 255 kilometrə çatacağını proqnozlaşdırıb.

Manqxutun 900 kilometr diametrlik ərazidə infrastruktur, kənd təsərrüfatı və heyvandarlığa ciddi ziyan vuracağı gözlənilir. Bu, Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətlərinin Beynəlxalq Federasıyasının bəyanatında bildirilib.

Filippinin Qırmızı Xaç cəmiyyətinin mütəxxəssiləri tufana məruz qalacaq bölgələrdə olub və dəyəcək ziyan və fəsadların aradan qaldırılmasına dərhal müdaxilə edəcək.

Minlərlə insan evakuasiya edilsə də, 4 milyona yaxın insan risk altındadır.

Havayda yerləşən Birgə Tufan Xəbərdarlığı Mərkəzi təbii fəlakəti super tufan adlandırıb. Atlantik qasırğa kateqoriyalarına görə tufan 5-ci səviyyədədir.

Manqxut bu il Filippində qeydə alının 15-ci tufandır. Ümumilikdə hər il bu ölkədə 20 tufan olur.

XS
SM
MD
LG