Accessibility links

AFİ və Konqres Kitabxanası filmlərin qorunub saxlanması yolunda əməkdaşlığın 50 illiyini qeyd edib


AFİ və Konqres Kitabxanası filmlərin qorunub saxlanması yolunda əməkdaşlığının 50 illiyini qeyd edib
please wait

No media source currently available

0:00 0:03:47 0:00

Məşhurlar Amerikanın Film İnsitutu (AFİ) və Konqres Kitabxanasının filmlərin qorunub saxlanması yolunda əməkdaşlığının 50 illiyini qeyd etmək üçün Vaşinqtonda bir araya gəlib.

Aktyor Morqan Friman, Amerika Film İnstitutunun təsisçisi Corc Stivens və Nümayəndələr Palatasında azlıqda olan demokratların nümayəndəsi Nenci Pelosi Amerikanın Film İnsitutu və Konqres Kitabxanasının yarım əsrlik əməkdaşlığını qeyd edənlər arasında olub.

“Düşünürəm ki, Amerika Film İnsitutunun mövcudluğu hamı üçün vacibdir, çünki bu institutun məqsədi Amerika filmlərini qoruyub saxlamaqdır”, Morqan Friman bildirib.

Corc Stivensin dediyinə görə, Amerika Film İnstitutu 1967-ci ildə təməli qoyulandan bəri XX əsrin əvvəlllərində Amerikada çəkilən filmlərin onda bir hissəsini qoruyub saxlaya bilib. “Biz Konqres Kitabxanasında fimləri tapmaq və qorumaq kimi çox gözəl iş gördük. Həmin filmlər kitabxananın təhlükəsiz yerlərində saxlanır və hazırda Amerika Film İnsitutunun kolleksiyasında 37 min film var.”

Konqres Kitabxanasının işçisi Karla Heyden bu prosesin hələ də davam etdiyini deyir. “Köhnə və çox pis vəziyyətdə olan filmlər gələcək nəsillər üçün saxlanır. Bizim Kolpepperdəki Pakkard kampusunda belə filmlərin qorunub saxlanması üçün xüsusi yerlər var.”

Vaşinqton şəhərindən iki saatlıq məsafədəki kitabxananın meneceri Corc Villeman burada köhnə filmlərin necə qorunmasından danışır. “Köhnə lentlərdəki azot turşusu uzun illərdən sonra filmi məhv etməyə başlayır. Əsasən də pis şəraitdə saxlanan filmləri. Yəni çox isti və ya rütubətli yerlərdə lentlər əriməyə başlayır.”

Beləliklə, texniklər turşunun zədələdiyi lentləri daha möhkəm, poliester tipli lentlərə köçürür. Və həmin lentlər lazımi şəraitdə saxlanarsa arxivlərdə yüz illərlə qala bilər. Aktyor Morqan Friman həmin filmlərin böyük auditoriyaya malik olan rəqəmsal sistemə keçirilə biləcəyini deyir. “Filmlərin arxivləşdirilməsindən əlavə onlar televiziya kanalları və studiolara verilir. Kino kinodur. Ən əsas fərq onların bizim böyüdüyümüz vaxtı əks etdirməsidir. Hazırda filmlərə baxmaq üçün kino-teatrlara getməyə ehtiyac yoxdur.”

Corc Villeman filmlərin rəqəmsal sistemə keçirilməsinin o qədər də effektiv olmadığını deyir. “Rəqəmsal materialları necə saxlamalı? Bunun bir neçə yolu var – siz onları maqnit və ya optik yolla, ya da kartda saxlaya bilərsiniz. Lakin onların heç biri daimi deyil, bir müddətdən sonra onlar pozula bilər.”

Rejissor Lesli Linka Qlatter isə deyir ki, istər original şəkildə, istərsə də köçürülmüş çəkildə olsun filmlər sonsuz bir qüvvədir. “Film bizim tariximizin böyük hissəsidir. Və biz onu dəyərləndirməsək və qorumasaq biz onu itirə bilərik. Biz bunu etmək məcburiyyətindəyik. Amerika Film İnstitutunun etdikləri çox vacibdir.”

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG