Finlandiyanın Baş naziri Sanna Marin keçən həftə sosial şəbəkələrdə dostları və məşhurlarla rəqs etdiyini paylaşılan videodan danışıb. 36 yaşlı siyasətçinin finlandiyalı məşhurların da iştirak etdiyi partidə çəkilmiş videosu qısa zamanda Finlandiyanın bir sıra kütləvi informasıya vasitələri tərəfindən paylaşılıb və beynəlxalq miqyasda yayılıb.
Helsinkidəki rəsmi iqamətgahında keçirilən özəl məclisdə çəkilən videonun sızmasından qısa müddət sonra iki sosial media influenserinin çılpaq bədənlərini “Finlandiya” yazılmış lövhə ilə örtdüyü və bir-birini öpdüyü şəkillər ortaya çıxıb.
Çərşənbə axşamı Baş nazir şəkillərə görə üzr istəyib. Bundan əvvəl o, narkotik testindən keçməyə razılıq verib və bazar ertəsi testin nəticəsi mənfi çıxıb.
Çərşənbə axşamı Helsinkinin Lahti Meydanında Sosial Demokrat Partiyasının toplantısında çıxış edən Marin onun üçün çətin bir həftə olduğunu deyib. “Mən də insanam və mən də bəzən bu qara buludların arasında sevinc, işıq və əyləncə həsrətində oluram” -deyə, o bildirib.
O, bəzən bura ictimaiyyətin görmək istəmədiyi və özünün görülməsi istəmədiyi şəkillər və videoların daxil olduğunu bildirib.
Lakin o, əlavə edib ki, "Bir gün də olsun işdən yayınmamışam. Mən heç bir işi yarımçıq qoymamışam” deyib.
Baş nazir partiyasının dəstəyini alır və ictimaiyyət arasında populyar olaraq qalır. Lakin video yayımlandıqdan bir neçə gün sonra mediada Baş nazirin asudə vaxtının fəaliyyətinin onun işinə necə təsir göstərə biləcəyi ilə bağlı müzakirələr davam etməkdədir.