Accessibility links

Flin müstəntiqlərə yalan söylədiyini etiraf edib


Sabiq milli təhlükəsizlik müşaviri Maykl Flin
Sabiq milli təhlükəsizlik müşaviri Maykl Flin

ABŞ prezidenti Donald Trampın sabiq milli təhlükəsizlik müşaviri Maykl Flin cümə günü Rusiyanın ABŞ-dakı səfiri ilə əlaqələri haqda federal təhqiqatçılara yalan söyləməsi ilə bağlı günahkar olduğunu etiraf edib.

Flinin günahını tanıması onun Rusiyanın 2016 ABŞ seçkilərinə müdaxiləsi və Tramp kampaniyası ilə əlaqələri araşdıran xüsusi müstəntiq Robert Mullerin təhqiqat qrupu ilə əməkdaşlıq etməsinin növbəti göstəricisidir.

Cümə günü ictimailəşən məhkəmə sənədi göstərir ki, Flin ilə Rusiya səfiri Sergey Kislyak arasında görüşdə diqqətin o zamankı prezident Barak Obama administrasiyası tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda olduğu bildirilir.

Sənəddə qeyd edilir ki, Flin yanvar ayında müstəntiqlərə Kislyak ilə görüş haqqında “bilərəkdən yalan, uydurma və saxta” məlumatlar verib.

Təqaüddə olan 58 yaşlı ordu generalı Flin, onun Rusiya səfiri ilə münasibətləri haqda səslənən ittihamlardan sonra Tramp administrasiyasının fəaliyyətə başlamasından iki ay keçməmiş istefa vermək məcburiyyətində qalmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG