Accessibility links

Bopha tufanı Filippinin cənub bölgələrini təsirinə məruz qoyub


Güclü tufan Filippinin cənub bölgələrini təsirinə məruz qoyub. Şiddətli külək ağacları kökündən qoparıb, evlərin damlarını uçurub.

Minlərlə insan sığınacaqlara yerləşdirilib. Bopha tufanı saatda 210 kilometr sürətlə Filippinin Mindanao adasına bu gün səhər çatıb. 4 adam həlak olub, bir neçə insan xəsarət alıb.

Filippin keçən il 1200 adamın ölümünə səbəb olan Vaşi tropik qasırğasından sonra təbii fəlakətlərə qarşı daha hazırlıqlıdır.

Rəsmilər 41 min adamın daşqınlara məruz qalan bölgələrdən evakuasiya edildiyini bildirir.
XS
SM
MD
LG