Accessibility links

Amerika müsəlmanları qasırğadan sonrakı bərpa işlərinə yardım edir [Video]


İrma qasırğası Florida sahillərini vuranda Şimali Amerika İslam Dərnəyi sığınacağa çəkilmişdi. Qasırğa keçdikdən sonra onlar yardıma başladılar. İstər mühacir, istərsə qeyri-mühacir, istər müsəlman, istərsə də qeyri-müsəlman könüllülər bərpa işləri üçün ürəklərini açdılar.

Pakistanlı mühacir Əbdülrauf Xanın Birləşmiş Ştatlarda doğulan və artıq yeniyetmə olan oğlu ondan soruşub: “biz bu ölkə üçün nə etmişik?”

“Mən həm özüm, həm də uşaqlarım üçün bir mirasım olduğundan əmin olmaq istəyirəm. Onlar bu ölkəni bir xeyir-dua kimi qəbul edir, bu ölkənin bizə çox şey verdiyini deyirlər. Biz də ölkəyə yardım etməli və Amerikada yaşayan müsəlman olaraq, bundan qürur duymalıyıq” deyə, Əbdülrauf Xan bildirir.

Əbdülrauf Xan illərdir həyatını Texas ştatında Harvi və ya yaşadığı Florida ştatında baş verən İrma qasırğaları kimi təbii fəlakətlərdə yardımlara həsr edib. O, ehtiyac olduqda məscidlərin qapılarının açmasının insanlarda müsəlmanlığın nə olduğunu anlamalarına imkan yaratdığını deyir. “Onlar özlərini kilsədə, sinaqoqda olduğu kimi hiss edirlər.”

İrma qasırğası zamanı və qasırğadan sonra Şimali Amerika İslam Dərnəyi üzvləri bir yerdən başqa yerə gedərək, yıxılmış ağacları təmizləyir, yerli əhaliyə bərpa işlərində yardım edir. Əqsa Çima dininin və inamının vəhdətdə oluğunu deyir. “Ola bilsin mən kiməsə yardım edəndə başqa birisi bunu görsün və düşünsün ki, birini sevindirmək gözəl şeydir və o da kiməsə yardım etsin.”

Müsəlman və qeyri-müsəlman könüllülər elə bu səbəbdən bir araya gəlib. Könüllü Kendrik Con: “Ən kiçik iş olsa belə, siz bunu edir və bilirsiniz ki, kiməsə yardım etdiniz.”

Floridada bərpa içləri uzun vaxt aparacağına görə, Xan və onun dəstəsi ehtiyacı olanlara yadım etməkdə davam edir.

XS
SM
MD
LG