Accessibility links

Floridada yaşayan yarım milyon sakinin evakuasiya edilməsinə göstəriş verilib [Video]


Floridada yaşayan yarım milyon sakinin evakuasiya edilməsinə göstəriş verilib
please wait

No media source currently available

0:00 0:02:43 0:00

İrma qasırğası çərşənbə günü Barbudada yerləşən Karib adalarındakı bütün binalara zərər vurub. Fırtına birbaşa olaraq Porta Rika adasına vurmasa da, burada bir milyona yaxın insan elektrik enerjisindən məhrum qalıb. Əgər qasırğanın mərkəzi Floridaya düşəcəksə nəticələrin daha fəlakətli olacağı gözlənilir.

Mar-a-Lago və prezident Trampı digər Florida əmlakları da İrma'nın proqnozlaşdırılan xətti üzərində yerləşir. Cümə axşamı jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, Florida qasırğaya mümkün olduğu qədər hazırladır.

Florida qubernatoru Rik Skott Florida Keys və cənub-şərq sahillərinin sakinləri üçün məcburi evakuasiya əmrini verib və digərlərini də qətiyyətsiz olmamağa çağırıb.

İnsanların ştatı tərk etməsinə görə yollarda və yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb.

Amerikadakı Qırmızı Xaç könüllüləri hələ də Harvi qurbanlarına kömək etmək üçün Texasdadırlar. Lakin indi onlar İrma qasırğasına hazırlaşırlar.

Georgiya və Cənubi Karolina sahillərinin sakinlərinin də şənbə günündən etibarən evakuasiya edilməsinə qərar verilib. Bütün cənub-şərq sahillərində olan rəsmi şəxslər fırtınanın inkişafını izləyirlər və daha çox evakuasiyaya ehtiyac ola biləcəyini düşünürlər.

XS
SM
MD
LG