Accessibility links

Forbes jurnalı dünya milyarderlərinin yeni siyahısını açıqlayıb


Milyarder xeyriyyəçi Bill Qeyts hələ də dünyanın ən zəngin insanı olaraq qalır.

Dünyanın ən zəngin insanları haqda illik buraxılışında Forbes jurnalı Microsoft-un həmtəsisçisinin təxminən 80 milyard dolları olduğunu yazır. Bu ötən ildən bəri 3 milyard artım deməkdir.

Bill Qeyts noyabrda Microsoft-un aksiyalarından Bill və Melinda Qeyts fonduna 1.5 milyard dollar ianə edib.

Meksika telekommunikasiya maqnatı Karlos Slim Helu 77.1 milyard dollarla ikinci yerdə gedir.

Siyahıya daxil olanlar arasında ən məşhuru ABŞ-ın basketbolçu super ulduzu Maykl Cordandır. Bu il onun Milli Basketbol Assosiasiyasının Sharlott Hornets şəbəkəsindən və Nike şirkətindən təmiz gəliri 1 milyard dollar təşkil edib.

Forbes jurnalına bildirir ki, ötən il yeni 290 nəfər milyarderlər siyahısına daxil olub.

Bu il ilk dəfə milyarderlər siyahısına daxil olanların təxminən 25 faizi, 71-i çinlidir. Yeni milyarder olanlar arasında 57 milyarderlə ABŞ ikinci yerdədir. Onun ardınca isə 28 milyarderlə Hindistan, 23 milyarderlə Almaniya gəlir.

Forbes milyarderləri sırasına daxil olan 1826 milyarderin 46-nın yaşı 40-dan aşağıdır, onların təxminən yarısı isə gəlirlərini texnologiyadan qazanıb.

Forbes artıq ardıcıl 29 ildir ki, milyarderlərin siyahısını dərc edir.

XS
SM
MD
LG